Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                     ABŞ bombaladı .....                     Rusiya azərbaycanlıları “günah keçisi” edib .....                     Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü .....                     ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər .....                     İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb .....                     NATO-nun Ankara zirvəsi: .....                     “Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB .....                     5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var .....                     50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır .....                 

“ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR GƏLSİNLƏR, ÇIXAQ DEBATA”
Tarix: 1-11-2011, 16:45 | Çap et
“ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR GƏLSİNLƏR, ÇIXAQ DEBATA”

YAP-ÇI DEPUTAT MEYDAN SULAYIR

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi

- Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Azərbaycanın müxalifət partiyalarına aksiya keçirmək üçün təklif olunan yerlərdən Səbail rayonunun ərazisində yerləşən 6 saylı sürücülük məktəbinin həyətindəki meydança təmir edilib. Lakin müxalifət partiyalarının nümayəndələri həmin yerdə aksiya keçirmək fikrində olmadıqlarını bildiriblər. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə, Azərbaycanda “Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq paytaxtın rayonlarının hər birində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi tədbirlər, aksiyalar keçirmək üçün müvafiq yer ayılıb ki, insanların sərbəst toplaşma azadlığı təmin olunsun. Bu baxımdan, istər Səbail rayonunda, istər Yasamal rayonunda, həmçinin paytaxtın digər rayonlarının hər birində müvafiq yerlər var. Bakı Şəhər İcra Hakimiyyəti bu yerləri müəyyənləşdirərkən məsələyə bir neçə aspektdən yanaşıb. Birincisi, aksiyalar zamanı digər vətəndaşların hüquqları pozulmamalıdır. Birinin istirahət, başqasının işləmək hüququ var. Siyasi hüquqlar haqqında beynəlxalq Paktda da göstərilib ki, hüquqlar o vaxt məhdudlaşdırılır ki, başqasının hüquqları pozulur. Bu baxımdan, hər hansı bir partiya müraciət etdikdə, müvafiq icra hakimiyyəti hamının hüquqlarının qorunması prinsipini əsas götürür. İkincisi, hazırda dünyada təhlükəsizlik sistemi ən vacib şərtlərdən biridir. Müvafiq icra hakimiyyəti kimliyindən, partiya mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın təhlükəsizliyinin qorunmasına cavabdehlik daşıyır. Bu baxımdan bildirilir ki, filan yerdə sizin təhlükəsizliyinizə təminat verirəm. Digər yerlərdə isə təhlükəsizlik təminatı verilmir. Çünki orada vətəndaşların, nəqliyyatın hərəkəti var və s. Üçüncüsü, aksiyanın harada keçirilməsi əsas deyil. Əsas mahiyyət etirazın, aksiyanın özüdür. Nəyəsə etiraz edirsənsə, harada keçirirsən keçir, lap get Ərdəbildə keçir. Ora 300 nəfər də yığsan da, tirajı minlərlə ölçülən qəzetlər, milyonlarla izləyicisi olan televiziyalar və digər KİV-lər həmin aksiyanı oxucuların, tamaşaçıların, yəni çoxlu sayda insanların diqqətinə çatdıracaq, onları xəbərdar edəcək. Nəticə odur ki, məlum partiyalar aksiya keçirmək yox, aranı qatmaq, qarşıdurma yaratmaq, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq niyyətindədir. Məlumdur ki, həmin insanlara maliyyə ayıraraq bu səpkidə tapşırıqlar verirlər. Bunlar da həmin maliyyəni ört-basdır eləməkdən ötrü “meydan axtarışı”, “meydan davası” aparırlar. Axı onlar aksiya keçirmək üçün ayrılmış yerə yığışsalar, görünəcək ki, 10, ya 100, lap 200 adamdırlar. Amma “Fəvvarələr meydanı”na yığışmış adamları maliyyə ayırmış adamlar da saya bilməyəcək. Çünki orada adam daim çox olur, kimisi istirahət edir, kimisi yoldan keçir, kimisi kitab oxuyur və s. Yaxud, hazırda “Gənclik” metrosunun yaxınlığında 5 min adam var. Hərəsi bir işlə məşğuldur, biri uşağını gəzməyə gətirib, başqası alış-veriş edir, biri adam gözləyir... İndi ora 10-15 nəfər gətir, şəkil çəkdir, hay-küy sal ki, minlərlə adam yığmışam, qoymurlar aksiya keçirməyə... Əsas məqsədləri sosial bazasının, elektoratının olmamasını ört-basdır etməkdir. Mən dəfələrlə onların aksiya adlandırdıqları yığıncaqları müşahidə eləmişəm. 5-6 nəfər yığışır, oradan keçən adamların fonunda şəkil çəkdirirlər ki, guya çoxdurlar. Adlarını desinlər həmin aksiya iştirakçılarının, saysınlar, görək 10-15-dən çox olacaqmı? Hər dəfə qəzetdə adlarını verirlər, eyni adamlardır. Sayları nə qədərdir ki? Lap olsun 50 nəfər! Həmin adamlar da ətraflarındakı adamların qohum-əqrəbaları, partiya rəhbərlərinin övladları və bir də öz qəzetlərinin jurnalistləridir. Əslində jurnalist müstəqil olmalıdır. Köşə yazarı gəlib aksiyada şüar qışqırır. Polis də saxlayanda deyir ki, mən jurnalistəm. Jurnalistsən, get jurnalist fəaliyyətinlə məşğul ol. Daha gedib çığır-bağır salma. Təbii ki, jurnalistlərin özlərinin də etiraz aksiyası keçirmək hüququ var, bu, tamam başqa şeydir. Amma hansısa siyasi qrupun tədbirində sən öz peşə fəaliyyətindən istifadə edərək antixalq, antimillət hərəkətlərinə yol verirsənsə, sonra da jurnalist adı altında maskalanmaq istəyirsənsə, bu, yolverilməzdir.

- Siz açıqlama verərək bildirdiniz ki, “müxalifət liderlərini teledebatlara çağırmağım barədə bəyanata heç bir müxalifət liderindən cavab gəlməyib”. Artıq müxalifət nümayəndələri, konkret olaraq AXCP sədrinin müavini Nurəddin Məmmədli buna münasibət açıqlayıb. Onun açıqlamasından xəbəriniz varmı?

- Bəli. Bilirsiniz, əvvəla bir daha təkrarlayıram ki, mən müxalifət liderlərini debata çağırsam da, onların heç biri debata gəlmədi. Bizim Etibar Məmmədovla ANS TV-də maraqlı bir debatımız oldu. Mövzu siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi idi. Debatda iştirak etməyə elə bir şəxsin hüququ olmalıdır ki, o adam Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rol oynayıb, tanınır və onun dediyi hər hansı bir söz ictimaiyyət tərəfindən qəbul olunur. Nurəddin Məmmədlinin 70-ə yaxın yaşı var, 6 partiya dəyişib. Amma bu adam hələ də axtarışdadır. ADP-də oldu, oradan çıxıb Rəsul Quliyevin müdafiəçisinə çevrildi, sonra o partiya iki yerə parçalandı, Nurəddin Məmmədli həmin qanadlardan birində təmsil olundu. Bir az Müsavatda fırlandı, sonra AXCP-yə keçdi. İndi də yapışıb İP-in ucundan. Bu adamın 70 yaşı var. Hələ də axtarışdadır. Ola bilər ki, sabah Ana Vətən Partiyasında, ya başqa partiyada olsun. Bir adam 70 yaşına qədər hələ özü üçün bir yol müəyyənləşdirə bilməyibsə, debata çıxıb hansı fikirləri söyləyə bilər?! Vaxtilə debatlarda həmin Nurəddin Məmmədli mənə sübut etmək istəyirdi ki, yarım ilə Rəsul Quliyev hakimiyyətə gəlir, 6 aydan sonra ADP gəlir, nə bilim filan şey olacaq. Gündə bir mövqe dəyişən, bu yaşacan ortaya yüz cür mövqe qoyan adamla nə debata çıxmaq, nə danışmaq olar? Ola bilsin ki, o, elm sahəsində alimdir, amma siyasətdə piyadadır.

- Sizin debatla bağlı çağırışınız qüvvədə qalırmı?
- Mənim çağırışımda əsas istiqamət odur ki, Əli Kərimli və ya İsa Qəmbər gəlsin, çıxaq debata, onlarla istənilən mövzu ətrafında danışmağa hazıram. Yoxsa onların yan-yörəsindəki adamlarla danışmağa ehtiyac da yoxdur. Dünənə qədər Milli Məclisdə Pənah Hüseynin köməkçisi olan biri indi gəlib İsa Qəmbərin müavini olub. Pənah Hüseynin köməkçisi olmuş bir adam gəlib mənimlə nə debata çıxacaq?! Yaxud Əvəz Temirxan. Qoy partiyasında üç nəfər adamın adını saysın, ondan sonra “debat” desin. Bilirsiniz, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun qəbuluna böyük ehtiyac var ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənsin. Azərbaycanda 7-8 siyasi partiya olmalıdır, bu partiyalara da nümunəvi şəxslər rəhbərlik etməlidir ki, camaat da onlara inansın. Haqqında danışdığım adamların ən böyük problemi ondan ibarətdir ki, ətrafındakı adamların hamısı tör-töküntüdür. 8-10 partiyanı gəzib, fırlanıb gələn, cəmiyyətdə heç bir mövqe qazanmayan insanlardır.

- Bu il oktyabrın 11-də Azərbaycan prezidenti, YAP-ın sədri İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib ki, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməklə bağlı hələ qərar verməyib. Bir neçə gün sonra partiya sədrinin müavini - icra katibi Əli Əhmədov bildirdi ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyev yenidən prezidentliyə namizədliyini irəli sürəcək. Bunu bəzi qəzetlər hakimiyyətdə fikir ayrılığının, ikitirəliyin yaranması kimi yozdular. Hazırda iqtidardakı real vəziyyət necədir?
- Qəti şəkildə deyirəm ki, YAP hakimiyyətində heç bir fikir ayrılığı yoxdur. Cənab prezident müsahibəsində çox düzgün olaraq fikrini bildirdi ki, əgər Azərbaycan xalqı Heydər Əliyev siyasi xəttini, mənim apardığım siyasi xətti, görülən işləri dəstəkləyəcəksə və mənim yenidən prezident seçilməyimə tərəfdar olacaqsa, onda namizədliyim irəli sürəcəyəm. Tam doğru, aydın mövqedir. Bu gün 560 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası, Azərbaycan xalqı, ictimaiyyəti ölkədəki siyasəti dəstəkləyir, inkişafı, islahatları dəstəkləyir. Bu da bizə əsas verir ki, 2013-cü ildə məhz İlham Əliyevin namizədliyi YAP tərəfindən irəli sürülsün. Bu barədə YAP-ın sədr müavini Əli Əhmədov fikrini açıqlayıb və bu, bizim partiyanın yekdil fikridir. Bəzi ara qarışdırmaq istəyənlərin dediklərinə isə əhəmiyyət vermək lazım deyil. Təbii ki, öz qəzetləridir, yazırlar. Heç bir ziddiyyətdən, ikitirəlikdən söhbət gedə bilməz. YAP-ın hakimiyyətdə olduğu bu illər ərzində heç bir parçalanma, qarşıdurma olmayıb, bundan sonra da olmayacaq. Azərbaycanın sistemi budur, ölkəmiz bu sistemlə inkişaf edir, bundan sonra da belə inkişaf edəcək.

- Bu yaxınlarda iranlı Ayətullah Nasir Məkarim Şirazi Azərbaycanda dini durumla bağlı fikirlər açıqladı. Həmçinin İranda Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirildi. Hazırda Təbriz məscidlərində Azərbaycan əleyhinə silsilə tədbirlər davam edir. Hakim partiyanın nümayəndəsi kimi bununla bağlı da fikirlərinizi öyrənmək istərdik.
- İranın Azərbaycana münasibəti bəllidir. Uzağa getməyək, bu gün İran Ermənistanla sərhədlərini üç aylıq bağlasa, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qoyub qaçacaq. Bu gün İran Ermənistana həm maddi, həm mənəvi dəstək verir, çox yaxşı münasibət saxlayır. Bu isə İranın Azərbaycana qarşı münasibətini ortaya oyur. Təbii ki, İran heç vaxt güclü Azərbaycan dövlətini istəməyəcək. Çünki İranda 37 milyon azərbaycanlı yaşayır. Bu azərbaycanlılar əvvəl-axır öz haqlarını əldə edəcəklər. İranın tarixinə nəzər salsaq görərik ki, bu ölkə həmişə inqilablar ölkəsi olub. Bunu da İran çox yaxşı başa düşür və Azərbaycana qarşı bu və digər şəkildə müəyyən təhdidlər yağdırır. İran dövlətinin başında duranlara, yaxud Azərbaycana qarşı olanlara tövsiyə verirəm. Birinci növbədə nəzərə alsınlar ki, Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. 160-a yaxın ölkə Azərbaycanı dəstəkləyib. Hazırda Azərbaycanın strateji tərəfdaşı olan ölkələr var. Regionda Azərbaycanın dostu, qardaşı, müttəfiqi olan Türkiyə kimi bir dövlət var. İran da yəqin ki, Türkiyə ilə heç vaxt qarşı-qarşıya gələ bilməz. Bir oturub düşünsünlər, dünyada baş verən prosesləri analiz etsinlər. Bu gün İran dost axtaran olmalıdır, düşmən axtaran yox. Təəssüflər olsun ki, İranın molla rejimi özünə yenə də düşmən axtarmağa başlayıb. Onlar ağılla düşünüb, konkret qərar qəbul etməlidirlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Bu gün, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Bu gün, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Bu gün, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Bu gün, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Bu gün, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Bu gün, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Bu gün, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Bu gün, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Bu gün, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Bu gün, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Bu gün, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Bu gün, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Bu gün, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Bu gün, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Bu gün, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Bu gün, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Bu gün, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Bu gün, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Bu gün, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Bu gün, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Bu gün, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Bu gün, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Bu gün, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Bu gün, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Bu gün, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Bu gün, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Bu gün, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Bu gün, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Bu gün, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Bu gün, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Bu gün, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Bu gün, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Bu gün, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Bu gün, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Bu gün, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Bu gün, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Bu gün, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Bu gün, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Bu gün, 10:44
Culfada fermer ÇƏTİN DURUMDA... - QƏSDDƏN SU VERMİRLƏR Kİ...
Bu gün, 10:40
Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:01
Yemək yemək istədilər... AC QALDILAR... - GİLEY
Bu gün, 09:35
ABŞ-ın İrana son hücumlarının əsl hədəfi - İNCƏLƏMƏ
Bu gün, 09:22
Savaş Rusiyanın içindədir... - Və bu artıq adi xəbərdir...
Bu gün, 08:30
Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb - "Hürriyet"
Bu gün, 08:23
Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... - AKTUAL
Bu gün, 08:14
Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində - NƏ BAŞ VERİR?
Bu gün, 08:04
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Bu gün, 08:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru