NN ŞEFİNİN AVTOŞLARINDAN BİR SAATLIQ TIXAC
Tarix: 17-09-2012, 10:44 |
Çap et
BÖYÜK AVTOBUSLAR PARLAMENT KÜÇƏSƏİNİ İFLİC VƏZİYYƏTİNƏ SALDILAR
DİA.AZ: - Artıq neçə gündür ki, nəqliyyat naziri Ziyə Məmmədovun yaxınlarına məxsus böyük həcmli sərnişindaşıma avtobuslarının paytaxt ərazisində hərəkəti problemlər yaradır. Həm qəzalara səbəb olurlar və həm də qəza şəraiti yaradırlar. Onların darısqal Bakı yolları üçün nəzərdə tutulmadığı isə ilk günündən aydın idi. Hər halda, bu avtobusların geniş Neftçilər prospektində təqdmiatını keçirəndə də bəlli idi ki, onlar yalnız elə «Azadlıq» meydanı ətrafında hərəkət edə bilərlər, digər küçələr isə məqsədə uyğun deyil.
Bu gün isə DİA.AZ əməkdaşları Ziya Məmmədovun avtobuslarının Milli Məclisin binası qarşısından Dağüstüpark yolu da daxil olmaqla, Prezident Administrasiyası binasının arxasındakı bütün küçələri necə iflic etməsinə şahidlik ediblər. Təxminən bir saat yarım müddətə yol polisi əməkdaşları həmin tıxacı aradan qaldıra bilməyib.
Hər halda, bütün bunların məsuliyyət yükünün kimlərin çiynində olması hər kəsə aydındır.