Gəncə Dövlət Universitetinin tələbələri Mikayıl Cabbarova müraciət etdilər - «Bəlkə də sizin bu pula ehtiyacınız yoxdur»…
Tarix: 15-07-2014, 10:33 |
Çap et
DİA.AZ: - Bu günlərdə Gəncə Dövlət Universitetindəki özbaşınalıqlarla bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Bildirək ki, təhsil naziri Mikayıl Cabbarovun GDU-ya təyin etdiyi rektor Yusif Yusifovun bu gün rəhbərlik etdiyi tədris müəssisəsində əməlli-başlı bazar açdığı iddia olunmaqdadır.
DİA.AZ bu materialı yaydıqdan sonra redaksiyamıza GDU tələbələrinin anonim müraciəti daxil olub. Onlar redaksiyamıza bildirirlər ki, yazılanlar həqiqətdir və bu gün GDU-da rüşvətxorluq tücyan edir.
Amma tələbələrin tək dərdi bu deyil. Onlar dia-az.life-a yazır: «Biz bu özbaşınalıqlarla bağlı Gəncə şəhər icra hakimiyyətinə qrup halında şikayətə də getmişdik. Buna görə də başımıza gəlməyən oyun qalmadı. Məcburuq ki, anonimliyimizi qoruyaq.
Rektor başda olmaqla, Asif müəllim və Fəxrəddin müəllim bizi aşağılamaqdan belə çəkinmədilər. Buradan cənab nazirə müraciət edirik: 3 aydır biz tələbələr təqaüdümüzü almamışıq. Bəlkə də kiminsə həmin pula ehtiyacı yoxdur, amma bizim ehtiyacımız var».
Qarşı tərəfi də dinləməyə hazırıq…