Azərbaycanda əczaçılıq və tibb vasitələrinin istehsalı, idxalı və satışı sahəsində fəaliyyət göstərən yerli şirkətlərdən birinin dövlət büdcəsinə borcu olduğu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, "İZOMER MEDİCAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə tam olaraq 22 718.04 AZN məbləğində vergi borcu yaranıb.
Nizamnamə kapitalı cəmi 10 manat təşkil edən yerli tibb şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Natəvan (Biləcəri qəsəbəsi), ev 6, mənzil 98 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi və rəhbəri isə Polad Həbibov Murad oğludur.








