Havaların isti keçdiyi bu günlərdə Bakının mərkəzində sakinlər içməli suya həsrət qalıblar. "DİA-AZ" xəbər verir ki, bu barədə Rəsul Məmmədzadə adlı sosial şəbəkə istifadəçisi öz postunda gileylənir.
Narazı vətəndaş yazır: "3 gündür Binəqədi rayonunda 8-ci mikrorayonda - şəhərin mərkəzi hissəsində su gəlmir. Bununla bağlı ADSEA-ya müraciət edirik, mesajlarımızı oxuyurlar, cavab yazmırlar. Yazanda da sanki vaxt uzadırlar. Tay bu qədər də olmaz da... Bir suya möhtac olmadığımız qalmışdı..."








