ABŞ Prezidenti Donald Trampın İranla əldə olunmuş qarşılıqlı anlaşma memorandumunun mətnini iyunun 19-da nəzərdə tutulan rəsmi təqdimatdan əvvəl açıqlaması mümkündür.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp ilkin olaraq sənədin cümə günü təqdim ediləcəyini bəyan edib. Lakin Prezident memorandumun mətnini daha erkən tarixdə də ictimaiyyətə açıqlamaq qərarı verə bilər.
“Prezident bildirib ki, razılaşma cümə günü təqdim olunacaq. O, sənədi daha əvvəl dərc etməyə qərar verə bilər. Lakin rəsmi mərasim cümə günü keçiriləcək və hazırda Prezident memorandumun həmin vaxt açıqlanmasını istəyir”, - deyə Vens vurğulayıb.








