Ankaradan Bakıya siyahı göndərildi: Hansı nurçuların fəaliyyətinə qadağa qoyulacaq - HƏRƏKƏTLƏNMƏ
Tarix: 1-04-2014, 10:01 |
Çap et
DİA.AZ: - Ərdoğanın və partiyasının Türkiyədəki qələbəsi Azərbaycana da təsirini göstərməkdədir. Bildirək ki, açıq şəkildə nur cameəsi ilə savaşan və hətta bu zaman əzəli rəqiblərinin də Fətullah Gülənlə birgə hərəkət etməsini belə nəzərə almadan böyük qələbə əldə edən qardaş Türkiyənin hakim partiyasının Azərbaycandan da istədiklərinin olacağı hələ əvəlindən proqnozlaşdırılmaqda idi.
Artıq belə bir ismarıcların seçkilərə qədər də səslərini eşidirdik. Məsələn, Ərdoğan seçki təbliğatı kampaniyası zamanı nurçulara qarşı rəsmi Bakının addımlarını təqdir etdiyini və bunun davamının olmasını istədiyini net şəkildə bildirirdi.
İndi isə seçkilər geridə qalıb və Ərdoğanın qələbəsilə. Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, Türkiyənin baş naziri rəsmi Bakıya fəaliyyətlərini arzulamadığı 20-yə yaxın iş adamının adlarının yer aldığı siyahı yollayıb.
Məlumatı dia-az.life-a verən mənbə bildirir ki, həmin iş adamları Azərbaycanda əsasən qida sektorunda böyük imkan və imtiyaz sahibləridir: «Həmçinin iki nüfuzlu bankirin də Azərbaycanda fəaliyyətinin əngəllənməsi rəsmi Ankaranın xahişində xüsusi olaraq vurğulanır».
Həmin iş adamlarının Türkiyədən olduqlarını və birbaşa olaraq nur cameəsi ilə əlaqəli olduğunu bildirən mənbəmiz onu da iddia edir ki, rəsmi Bakı Ərdoğandan gələn bu istəyə müsbət cavab verib.