Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər - Ən azından Qarabağı…
Tarix: 13-03-2014, 10:22 | Çap et
 DİA.AZ: - Artıq Rusiya Ukraynaya öz В«Krım möhürünüВ» vurub. Gözlənilən idi də. Əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, Kreml Ukraynadan asanlıqla vaz keçməyəcək. Oldu da. Bu gün hər bir azərbaycanlının diqqətlə izlədiyi Ukrayna hadisələri nə yazıq ki, proqnozlarımıza uyğun şəkildə cərəyan etməkdədir. Havadakı barıt qoxusu isə daha da təəssüfləndiricidir…
Keçən yazılarımızda da qeyd etmişdik ki, ruslar ənənəvi rus siyasətinə - В«ruskaya tupostВ»a uyğun tərzdə hərəkət edəcəklər. Əslində nəzəri baxımdan Kremlin yürütdüyü siyasəti əsaslandırmaq mümkün olmasa da, rus siyasətinin ənənələrinə diqqətlə nəzər saldıqda artıq Kremlin hansı məqamda hansı addımı atacağını müəyyən etmək o qədər də çətin deyil.
Nə baş verir və niyə baş verir?

Bu sualların cavabları aydındır. Ukrayna uğrunda Avropa ilə Rusiyanın savaşı daha da şiddətli xarakter alıb. Və müharibənin ilkin işartıları da aydın şəkildə duyulmaqdadır. Rusiya da Avropa qədərində özünün Ukrayna maraqlarında qətiyyətli görünür. Hətta Ukrayna ordusu qarışıq, bütün Qərb ilə savaşa hazır olduğunu da gizlətmir.
Ukrayna Rusiya üçün təcə yaxın qonşu və sərvətlərinin Avropaya, dünyaya çıxışı üçün bir qapı əhəmiyyətində deyil. Ukrayna həm də Rusiya üçün Qara dənizə çıxış, Avropa üzərində əbədi kölgə və daha mühüm olanı, В«QƏDİM RUSВ» kimi gördüyü bir ünvandır.
Belə bir yanaşmada Rusiyanın Ukraynadan asanlıqla vaz keçəcəyini söyləyənlər yanılır. Amma bu prosesin Rusiyanı bitirəcəyi də şəkksizdir. Görüntüdə olanı budur.
Çünki Rusiya nə qədər güclü olsa da, keçmiş Sovetlər Birliyi qədərində qüdrətli deyil. Sovetlər Birliyi həm ərazi və əhali baxımından geniş və böyük idi, həm də nüfuz, təsir dairəsi baxımından. Sovetlər Birliyinin zamanında isə Amerika Əfqanıstanı, Liviyanı, İraqı işğal etməmişdi, Suriyanı haldan salmamışdı və bu ölkələr də SSRİ-nin himayəsi altında idi.

İndi isə Amerikanın əl-qolu yetərincə açılıb və SSRİ dağıldıqdan sonra Rusiya zəifləmiş duruma düşsə də, Amerika gücünün üstünə güc qatıb. Eyni zamanda Amerikanın Ukrayna uğrunda savaşa tək getməyəcəyi də aydındır ki, belə bir şəbəkə ilə üz-üzə gəlməsi Rusiyanın sonu anlamına gəlir.
Bəli, Rusiya dağıla bilər. Əgər Putin sonna qədər hazırki siyasətini davam və inkişaf etdirəcəksə, Rusiyanın tənəzzülü qaçılmazdır. Bundan isə faydalanan ilk dövlətlərdən birinin Azərbaycan olacağı şəkksizdir. Azərbaycanın həm özünün tarixi Dərbənd torpaqlarını və ümumiyyətlə, hazırda Dağıstan adlanan ərazilərini, həm də Qarabağı və digər işğal olunmuş ərazilərini qaytarma fürsəti də yarana bilər.
Dünya birliyi buna nə deyəcək? Hələlik nağıl kimi barəsində danışdığımız bu hadisənin baş verəcəyi təqdirdə dünya birliyinin seyrçi qalması inandırıcıdır. Çünki Rusiyanın ardından İranla üz-üzə dayana bilməsi üçün həm də bir qüdrətli Azərbaycana ehtiyac var.
Təbii ki, bütün bunlar Putindən daha çox asılıdır. Yəni o, hansı qərarı verəcək. Ukrayna uğrunda savaşacaqmı, yoxsa geri çəkiləcək…

Qərbin mövqeyi aydındır. Qərb və Amerika savaş qərarını artıq verib. İndi isə söz sırası Rusiyanındır. Novruz bayramına qədər - mart ayının 21-nə qədər rusların vaxtı var. Ya Dumada Krımı özlərinə birləşdirib 3-cü dünya savaşına qərar verəcəklər, ya da Krımdan geri çəkilib Ukrayna itkisi ilə barışmalı olacaqlar.
Bizim proqnozlaşdırdığımız isə müharibədir… Çünki Putin də bu savaşa SSRİ-nin bərpası üçün ehtiyac duyur… O da belə düşünür…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Dünən, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Dünən, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Dünən, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Dünən, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Dünən, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Dünən, 02:41 |
|
|
|
|