Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

Fars-molla rejimi Azərbaycana qarşı kampaniyanı davam etdirir - Artıq təhqirə keçiblər
Tarix: 5-02-2014, 10:27 | Çap et
Fars-molla rejimi Azərbaycana qarşı kampaniyanı davam etdirir
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bakıda İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyətinin dayandırılması fars-molla rejimi tərəfindən böyük qıcıqla qarşılanıb. Azərbaycanın bu addımını guya ki, В«xeyriyyə təşkilatıВ»nın 20 illik fəaliyyətinə В«nankorluğuВ» qiymətləndirən İran mətbuatı yenə də hədyanlarını davam etdirməyindədir. Əslində, bu, onun göstəricisidir ki, İran üçün İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyəti tamam fərqli əhəmiyyət daşıyırmış.

Yəni İran tərəfi iddia edir ki, İmdad Komitəsi Azərbaycanda yalnız xeyriyyəçiliklə məşğul olub. Tamam. Biz də inandıq. O zaman ortaya belə bir sual çıxır: KİM DƏSTƏKDƏN, YARDIMDAN İMTİNA EDƏR Kİ? Deməli, məsələnin mahiyyəti tamam fərqlidir. Və elə bu gün fars-molla mətbuatının israrla Azərbaycanın bu qərarından dolayı üzərimizə yeriməsi, bu zaman da dövlətimizi və millətimizi aşağılamağa qalxması, artıq İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı fəaliyyətindən hər kəsi şübhələndirməyə vadar edən məqamdır. Yəni burada fərqli məram yox idisə, Bakının В«artıq yardıma ehtiyacımız yoxdurВ» addımı nədən sərt qarşılanmalı idi ki? Deməli, həqiqətən də İMDAD KOMİTƏSİ adı altında Azərbaycanda həm də bir xəfiyyə yuvası qurulubmuş və elə bu kimi ittihamlar Azərbğaycanı nəhayətdə məlum addımı atmağa vadar edib.

Lakin görüntüdə olanı odur ki, hər vəchlə Azərbaycanın üzərinə yeriməyi qarşısına məqsəd qoymuş molla mətbuatı hələ də öz dəst-xəttindən imtina edənə oxşamır. DİA.AZ olaraq В«arannyusВ» portalında İmam Xomeyni adına İmdad Komitəsinin qapanmasına verilən fars reaksiyasını olduğu kimi diqqətinizə təqdim edirik. Hər halda, düşmənin necə düşündüyünü bilmək vacibdir. Bəli, bu gün Azərbaycan dövlətini aşağılamağı ənənəsinə çevirən, hətta Azərbaycan Respublikası sözünü yazmağı belə ar kimi qəbul edən molla mətbuatını DÜŞMƏN adlandırmaqdan savayı bir yol qalmır. Məqalə ilə tanış olub, siz də bir daha əmin olacaqsınız:

В«İran İslam Respublikası İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması xəbəri bir daha rəsmi Bakının anti-İran siyasətini nümayiş etdirmiş oldu.

İmam Xomeyni (r.ə) adına imdad komitəsi son 20 ildə xüsusilə dağlıq Qarabağ münaqişəsi zamanı Bakı və AR-nin 10 rayonunda və Naxçıvanda geniş humanitar fəaliyyətləri ölkə xalqının ümumi fikrində İranın AR-yə dəstəyinin əlamətlərindən biri kimi qiymətləndirilir.

AR-də müstəqil və insaflı şərhçilərin etiraf etdiklərinə görə, İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Azərbaycan Respublikasındakı xüsusilə 1991-1994-cü illərdə humanitar fəaliyyətləri olmasaydı bu ölkə ciddi sosial faciə ilə üzləşəcəkdi.

Son 20 ild İmam Xomeyni (r.ə) adına imdad komitəsi islam inqilabının amalları istiqamətində müsəlmanlara dəstək üçün Azərbaycanda minlərlə yoxsul ailəni öz nəzarətinə aldı.

Lakin bu xidmətlərin qarşılığında rəsmi Bakı bu komitənin Bakıdakı nümayəndəliyinin fəaliyyətini dayandırmaq üçün ofisin və onun tabeliyində olan İmam Əli (ə) klinikasının suyunu kəsmək kimi heç bir etikaya sığmayan hərəkətlərə əl atdı.

Belə bir şəraitdə sual ortaya çıxır ki, İranın Ermənistanı himayə etdiyinə dair əsassız iddia ilə çıxış edən rəsmi Bakı niyə İranın Azərbaycanı konkret himayəsinin göstəricisi olan bir humanist qurumun fəaliyyətinə mane olur?

Azərbaycan rəsmiləri və onların tabeliyində olan qəzetlər bildirirlər ki bu ölkə son illərdə varlanıb və artıq xeyriyyə təşkilatlarının fəaliyyətinə ehtiyacı yoxdur.

Lakin, Əgər Azərbaycan Respublikası həqiqətən də humanitar yardımlara ehtiyacsızdırsa bəs nə üçün Amerika, Avropa, Asiya və sionist qurumların, xeyriyyəçi təşkilatları adı altındakı fəaliyyətlərinə mane olmur və həmin qurumların fəaliyyətləri gün-gündən artmaqdadır.

Azərbaycanın baş nazirliyinin internet portalının beynəlxalq xeyriyyə qurumları bölməsində göstərilir ki, hal-hazırda Amerikadan olan 24 “ xeyriyyə təşkilatı” bu ölkədə fəaliyyət göstərməkdədir.

Bunların adları belədir: Qlobal Sors Net, Word HOPE, EF, Kauterpart, Projekt Harmony, VAAD LEATSALA, ABA, İREX, Rİ, ADRA, Uşaqların xilası, SC

Bunlar AR-də tam sərbəst şəkildə fəaliyyət göstərirlər. hətta bədnam sionist Maşav və SOROS fondları da bu ölkədə xeyriyyəçilik adı altında fəaliyyət göstərməkdədirlər.

Qarabağ müharibəsi dövründə Azərbaycanın humanitar yardımlara böyük ehtiyacı var idi və o vaxt İmam Xomeyni (r.ə) adına imdad komitəsi səmimiyyətlə Azərbaycan xalqına humanitar yardımlar göstərməyə başladı, hansı ki həmin dövrdə adları çəkilən qərb və sionist fondların heç birindən Azərbaycan respublikasında xəbər-ətər yox idi. onlar həmin dövrdə Azərbaycan düşmənlərinə dəstək verməkdə idilər.

Digər tərəfdən, Azərbaycanın hegemonçu qərb şirkətləri ilə neft və qaz müqavilələri vasitəsi ilə varlanması inkar edilməz həqiqətdir. Lakin sərvətin ədalətli bölünməməsinə görə Azərbaycan xalqı yoxsulluqdan əziyyət çəkir və ölkədə təbəqələr arası məsafə maksimum həddə çatıb, beynəlxalq qurumlar o cümlədən beynəlxalq bank bildirib ki, Azərbaycan xalqının 40 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İmam Xomeyni (r.ə) adına imdad komitəsi və İmam Əli(ə) adına klinikanın fəaliyyət lisenziyasını uzatmaqdan boyun qaçırmasının səbəbi kimi elan etdiyi ölkənin varlanması və artıq humanitar yardımlara ehtiyac olmadığına dair əsaslandırması məntiqsizdir.

Həqiqət bundan ibarətdir ki, Azərbaycanın İmam Xomeyni (r.ə) adına imdad komitəsinin fəaliyyətini dayandırmağa yonəlik təzyiqləri bu ölkənin üç il bundan öncə Bakıdakı iranlı qurumların fəaliyyətlərini dayandırmaq siyasətinin davamıdır. Həmin siyasət çərçivəsində son iki ildə İranın Bakıdakı mədəniyyət attaşeliyi, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyi, İran teleradio təşkilatının nümayəndəliyi, camiətül-Müstafa və İranın Bakıdakı səfirliyinin işçilərindən ibarət, səkkiz nəfərin xidməti pasportu, İranda məzuniyyətdən qayıdarkən Bakı aeroportunda alınıb və onların Azərbaycan Respublikasına daxil olmalarına icazə verilməyib.

İranın Azərbaycan Respublikasına Strateji dəstəyi, o cümlədən, Naxçıvanla Azərbaycanın quru əlaqəsini təmin etməsinə baxmayaraq, rəsmi Bakı xüsusilə son illər ərzində, İran düşmənləri o sıradan da sionist rejimlə müttəfiqlik etmək siyasəti yeridib və İranlı nüvə alimlərinin terror edilməsində, İranlılara qarşı repressiyalarda, anti-İran etnik siyasətlərdə, ABŞ-ın İrana qarşı sanksiyalarından əlavə sanksiyaların tətbiq edilməsində eləcə də, anti-İran soyçu qruplaşma və medialara fəaliyyət imkanı yaratmaqda sionist rejimlə əməkdaşlıq edib.

Azərbaycan Respublikası hökumətinin öz mövcudluğunu İranla ortaq mədəniyyətin inkarında gördüyünü nəzərə alaraq o həmişə, Azərbaycan Xalqına İranı düşmən kimi təqdim etməyə çalışıb və buna görə də, rəsmi və qeyri-rəsmi medialarda, məktəb və universitetlərdə, təhsil ocaqlarında İranı Ermənistanın hamisi və xilaskarı kimi təqdim etməkdədir. Təbii ki, belə bir şəraitdə İmam Xomeyni (r.ə) adına imdad komitəsinin paytaxt və digər rayonlarda geniş fəaliyyəti bu kimi iddiaların əsassız olmasını göstərirdi.

Rəsmi Bakının İmam Xomeyni (r.ə) adına imdad komitəsinin fəaliyyətini dayandırmaq üçün gətirdikləri bütün səbəblərə rəğmən əslində bu komitənin fəaliyyətinin dayandırılması bir çox cəhətlərdən rəsmi Bakının ziyanınadır.

Çünki bu gün Azərbaycanda Ümumdünya İslam Gənclər Assambleyası, Asiya Müsəlmanları Komitəsi və Darəl-Bir kimi Səudiyyə Ərəbistanı və Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin “xeyriyyə təşkilatları ” fəaliyyət göstərirlər. Ərəb və Qərb ölkələrinin zahirdə xeyriyyəçilik adı altında Azərbaycanda fəaliyyət göstərən qurumları əslində bu ölkənin bir çox gənclərini aldadır və onları vəhhabilik və təkfiri terror qruplaşmalarına daxil edirlər. bu gün Azərbaycan Respublikasından Suriyaya göndərilən və orada “Ceyşüllah” və “ Meşə Qardaşları” adları altında fəaliyyət göstərən vəhhabi terrorçuları, İlham Əliyev hökumətinə qarşı da müharibə fitvası verəcəkləri barədə xəbərdarlıq ediblər. onlar elə Qərb və Ərəb xeyriyyə təşkilatları tərəfindən təşkilatlandırılan şəxslərdir. Şübhəsiz ki, İmam Xomeyni (r.ə) adına imdad komitəsinin təmənnasız və şəffaf fəaliyyəti bu kimi təxribatçı fəaliyyətlər qarşısında sədd yaradırdı və təsadüfi deyil ki, son iki il ərzində İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Azərbaycandakı fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə, maddi ehtiyaclarına görə, vəhhabi və təkfiri qruplara cəlb olunan azərilərin sayı artmışdır.

Şübhəsiz ki, bu gün humanist və xeyriyyəçi qurumların fəaliyyəti ümumi diplomatiya vasitələrindən biridir. Belə bir şəraitdə Azərbaycan Respublikasının nəcib və İran sevər xalqının İmam Xomeyni (r.ə) adına imdad komitəsinin humanitar xidmətlərindən faydalanmaq üçün onun Biləsuvar sərhəd məntəqəsində bir şöbə təsis etməsinə dair istəyini rəsmi Bakı təmin etsinВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru