İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                 

Məhkəmə-tibbi eksperti vəkildən rüşvət istəyib - ŞİKAYƏTLƏRİNƏ İSƏ BAXILMIR
Tarix: 20-09-2022, 09:02 | Çap et
Məhkəmə-tibbi eksperti vəkildən rüşvət istəyib
DİA.AZ xəbər verir ki, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Abdullayeva Vəfa Əmiraslan qızı Gununsesi.info-nun elektron ünvanına üzləşdikləri qanunsuzluqla bağlı şikayət ərizəsi yazıb.

Vəkilin müraciətini olduğu kimi təqdim edirik:

16.05.1959-cu il təvəllüdlü atam, Abdullayev Əmiraslan Əmrah oğlu, 28.04.2022-ci il tarixdə saat təxminən 11:15 radələrində Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində səkidə 99JP576 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını hərəkətə başlayarkən, səkidə üzü arxaya dayanmış vəziyyətində kürəyindən vurulmuş, nəticədə atam zərbədən yerə çırpılmış, müxtəlif bədən xəsarətləri almışdır.

Hadisəni törədən “Avrora” MMC-yə məxsus 99JP576 dqn yük maşınının sürücüsü Əsədov Coşqun Fuad oğlu yük maşınında olan bir nəfər şəxslə birlikdə atama heç bir köməklik göstərmədən hadisə yerindən qaçmışlar.

Həmin gün özüm atamı həkimə apardıqdan, həkim bədəninin bərk ağrı olan nahiyələrinin rentgen etdikdən sonra, Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti Ədalət Quliyevin şəxsən müayinəsindən keçirmişəm.

Bakı şəhəri Xətai rayonu üzrə məhkəmə-tibbi eksperti Ədalət Quliyev rəy tərtib edərkən həkim sənədlərini, üzərinə baxış keçirərək müayinə etdiyi atam Abdullayev Əmiraslan Əmrah oğlunun ağır vəziyyətini, bərk ağrılardan şikayət etdiyini, hadisə günü ekspertə bildirdiyi ifadələrini belə nəzərə almadan öz rəyində tamamilə olanların əksinə olaraq, rəyində bilərəkdən və qəsdən saxta xəsarətlər qeyd etmişdir.

Səbəb kimi, məndən 700 (yeddi yüz) manat pul istəməsini qeyd edə bilərəm. Mən isə öz növbəmdə, həmin ekspertə atamın müvafiq həkim sənədlərinin olduğunu, həmin sənədlərdə 3-cü qabırğanın sınığının və sol dizində hemortrozun olduğunu, özünün müayinəsi zamanı atamın bərk ağrılardan şikayət etdiyini, məhz bu səbəblərdən ilkin olaraq rentgenlərdən keçdiyini, ekspertin özünün göndərişinə əsasən müqayisəli ekspertizanın da nəticəsinin eyni olduğunu bildirdim. Məhkəmə-tibbi eksperti isə, bunların ona aidiyyətinin olmadığını və sənədləri konsultantlara göndərəcəyini bildirdi. Halbuki, həmin kosultantın nə adı, soyadı, nə də barəsində heç bir məlumat qeyd edilməmişdir.

Ekspert Ədalət Quliyev atama ilkin tibbi yardım göstərən və müalicə edən cərrahla da telefon vasitəsilə söhbət etmiş, atamın ümumi vəziyyətini cərrahdan öyrənmiş, lakin bütün bunlara baxmayaraq, həkimə sorğu göndərmək əvəzinə dəfələrlə (bir dəfə göndərişlə, daha sonra şifahi olaraq) atamı rentgen müayinələrinə göndərmiş, istədiyi 700 (yeddi yüz) manat məbləği vermədiyimizə görə özünün istədiyi rəyi istədiyi formada tərtib etmişdir.

İlk növbədə, Ekspert Ədalət Quliyevin tərtib etdiyi rəyin Xətai RPİ-nin Təhqiqat Şöbəsinə ünvanlanması barədə heç bir məktubu yoxdur, tamamilə yalanlarla və cəfəngiyatlarla dolu rəydir, rəydə məhkəmə-tibbi eksperti Ədalət Quliyevin ali təhsili və ixtisas və elmi dərəcəsi barədə heç bir məlumat yoxdur, həmçinin, atam həmin ekspertə həmin günü rentgendən keçdiyi sağ kürək və sol diz nahiyələrindən bərk ağrılardan şikayət etmiş, lakin ekspert öz rəyində cüzi ağrılardan, sol diz oynağında bərk ağrılardan deyil, sol baldır nahiyəsində sıyrıqların olduğunu şikayət etdiyini, sağ dizindən rentgendən keçmədiyi halda sağ dizinin rentgenoqrafiyasını radioloqa göndərdiyini qeyd edir, daha sonra həkimin sol diz nahiyəsindəki hemortrozla bağlı arayışında göstərilənlərlə bağlı faktı əks etdirən halı ümumiyyətlə araşdırmamışdır, nəticə hissəsində guya heç bir xəsarətin aşkar edilmədiyini bildirmişdir, eyni zamanda, rəyin özü düzgün səhifələnməmiş, rəyin belə desək 3-cü səhifəsində sənədlərin adı çəkilməyən radioloqa göndərildiyi, axırıncı 4-cü səhifəsində isə ( ekspert özü 3-cü səhifə qeyd edib, halbuki o, 4-cü səhifə hesab edilir) yenə də adı çəkilməyən rentgenolqun müayinəsindən keçdiyini qeyd etmişdir. Beləliklə, tərəfimdən niyyəti və maddi marağının təmin edilmədiyinə görə məhkəmə-tibbi eksperti Ədalət Quliyev qərəzlilik nümayiş etdirmiş, qeyri-obyektiv rəy tərtib edərək, tamamilə yalan rəy vermişdir! Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 97-ci maddəsində göstərilən hüquq və vəzifələrinin ekspertə izah olunmasına baxmayaraq, məhkəmə-tibbi eksperti Ədalət Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş və bilə-bilə tamamilə yalan rəy vermişdir. Məhkəmə-tibbi ekspertinin məndən pul əldə etməsi niyyətinin baş tutmaması səbəbindən onun tərtib etdiyi ekspert rəyi qərəzlidir, qeyri-obyektivdir, yalanlarla, cəfəngiyatlarla doludur və tərəfkeşli olmaqla tədqiqatı birtərəfli qaydada aparmışdır. Bu səbəbdən, məhkəmə-tibbi ekspertinin tərtib etdiyi rəy təhqiqat və istintaq üçün əsas ola bilməz!

Məhkəmə-tibbi eksperti Ədalət Quliyevin həmin rəyindən narazı qalaraq, komission məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə təhqiqat şöbəsinə ərizəmlə müraciət etdim. Bundan sonra baş təhqiqatçı Teymur Ağamirov tərəfindən həkim və rentgen sənədlərinin təhqiqat şöbəsinə göndərilməsi ilə bağlı Xətai rayonu üzrə Məhkəmə-Tibbi ekspertizası və pataloji anatomiya birliyinə məktubla sorğu göndərmiş, sorğuya əsasən həmin birlik tərəfindən yalnız və yalnız 3 ədəd qara rəngdə rentgen görüntüsü geri qaytarılmış, digər həkim sənədləri (7 nömrəli şəhər poliklinikasının baş həkminin arayışı, ekspert Ədalət Quliyevin 28.04.2022-ci il tarixli, 405 saylı göndərişinə əsasən 23 saylı şəhər poliknikasının rentgen həkimi tərəfindən verilmiş flüoqrafiya sənədi (həmin sənəddə 3-cü qabırğanın sınığının olması göstərilir) və sol diz oynağının rentgenoqrafiya sənədinə əsasən verilmiş həkim kağızı (həmin sənəddə isə sol diz oynağının hemortrozunun olduğu qeyd olunur) məhkəmə-tibbi eksperti Ədalət Quliyev tərəfindən bilərəkdən gizlədilərək, ortaya çıxmamışdır.

Komission məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə ərizəm Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyində olmasına baxmayaraq, bir neçə ay, demək olar ki, 3 ay keçməsinə baxmayaraq, müvafiq həkim sənədlərimiz bilərəkdən və qəsdən ekspert Ədalət Quliyevdən tələb edilmədi və bütün bunlar həmin birliyə 14.06.2022-ci il tarixdə 0125948394 nömrəli telefon vasitəsilə zəng etdiyim zaman mənə aydın oldu. Bundan sonra komission məhkəmə-tibbi ekspertizasının da obyektiv rəy verməsinə əsaslı şübhələrim yarandı və şübhələrim nəticədə öz təsdiqini tapdı. Eyni zamanda, komission məhkəmə-tibbi ekspertizası zamanı atam rəyi imzalayan ekspertlər, ümumiyyətlə heç bir ekspert tərəfindən tərəfindən müayinədən keçirilməyibdir. Ədalət Quliyevin cəfəngiyatlarla dolu rəyi, olduğu kimi, eynən komission-tibbi ekspertiza rəyinə köçürülmüşdür.

Ədalət Quliyev atama məxsus həkim sənədlərini bu günə qədər qaytarmamışdır.

Bununla bağlı Hüquq-mühafizə orqanlarına və Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinə şikayətlər etsəm də, həmin ekspertin barəsində, eyni zamanda hadisəni törədən sürücü Əsədov Coşqun Fuad oğlunun barəsində artıq beş aya yaxındır ki, heç bir hüquqi tədbir görülməmişdir.

Şikayətlə bağlı Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin telefonlarına etdiyimiz zənglər cavabsız qaldı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru