İsmayıllıda DÖVLƏTİN MEŞƏSİ SATILIR... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 3-08-2022, 08:29 | Çap et
 Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı dövrü mətbuatda adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlmək mümükündür. Məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Son həftələrdə isə Ağsu, Qəbələ, Oğuz meşələrində tez-tez agac kəsimi, kömür istehsalı, dövlət meşə fondu torpağı obyekt yeri kimi satılmagı ilə bağlı məlumatlar yayılır. Qəribə burasıdır ki, baş verən bu kimi qanunsuzluqlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumun diqqətsizliyi, yoxsa…
Qaynarxett.az-a İsmayıllı rayonundan verilən məlumatda bildirilir ki, bu günlərdə rayonla Xənəyə kəndi arasında Qakınçaq məşəbəyliyinin ərazisində kafe yeri satılıb. İndi hər gecə meşə ərazisini qazaraq torpagı "kamaz"larla satılan həmin əraziyə daşıyırlar. Həmcinin həmin obyektə qum, çınqıl da daşınır. Bütün bu qanunsuzluqlar yerli Ekologiya idarəsinin rəisi Akif Məmmədovun "dabrosu"yla görülür. Əməkdaşımız sözügedən qanunsuzluqa bağlı xüsusi araşdırmalar aparır və yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdıracaq.
Qeyd edək ki, həmin qanunsuzluqda adı hallanan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov 2 ildir ki bu vəzifəyə təyin olunub. O, daha əvvəl “Şahdağ” Milli Parkının direktoru olub. Akif Məmmədovun buraya rəis olunmasına qədər adıçəkilən rayonları meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur. Meşələri taladıqlarına görə həbs olunanalar, cərimələnənlər və sairlər hamısı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olduğu rayonlarda baş verib.
Bəs yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub?
Media üzərindən qısa bir araşdırma aparıb öyrəndik ki, baş verən ən birinci dəyişiklik ondan ibarətdir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Bu o Valeh Məmmədovdur ki, zonada hamı yaxşı tanıyır. Deyilənlərə görə onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını hələ heç kim kəsə bilməyb. Yəni Valeh Məmmədovun taxta bazarı daim açıq, işlək vəziyyətdədir. Redaksiyamıza verilən məlumatlara görə Valeh Məmmədov bir kəsilmiş ağacın diametrini hesablaya bilmir. Buna baxmayaraq qardaşı ona böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Valeh Məmmədov isə öz növbəsində naryadları yazmağa, aktları tərtib etməyə bir işçi tutub və hər ay ona 300 manat maaş verir. Bunun da səbəbləri var. Deyilənlərə görə Valeh Məmmədov naryad yaza, akt tərtib də bilmir. Maraqlıdır, sahə rəisi özü nə qədər əmək haqqı alır ki, adam da tutub maaş verir?
Valeh Məmmədov özü üçün işçi tutmağa pulu ağacların kəsilməsindən alır. Məlumatlara görə onun nəzarətində olan meşə massivlərində ağaclar kəsilərək kömür, parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexinin olduğu bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsini rəis Akif Məmmədov, qardaşı, sahə rəisi Valeh Məmmədov isə meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Göründüyü kimi qardaşlar güya ərazidə meşələrin mühafizəsində dayanırlar. Amma biri nəzarət edir, digəri isə meşələrdə ağacları kəsib satır.
Ardı var...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //Qaynarxett.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41 |
|
|
|
|