“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                 

Saleh Məmmədovun BÜDCƏ TALANI... - İLGİNC FAKTLAR
Tarix: 22-02-2022, 08:10 | Çap et
Saleh Məmmədovun BÜDCƏ TALANI...
Azərbaycanda intensiv şəkildə kadr islahatları davam etsə də, bəzi vəzifəli şəxslər var ki, onlar haqqında çoxsaylı şikayətlər və narazılıqlar olmasına baxmayaraq, korrupsiya cinayətlərini və yarıtmaz fəaliyyətlərini davam etdirirlər. AzToday.az xəbər verir ki, həmin vəzifəli məmurlar sırasında adı keçənlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovdur. O, Saleh Məmmədov ki, təkcə ölkə yollarının deyil, vətəndaşların da taleyi ondan asılıdır. Di gəl ki, Saleh müəllim adına zidd olaraq əməli saleh deyil. O səbəbdən də ölkədə yol infrastrukturunun inkişafından danışanda müsbət fikirlərin yerinə S.Məmmədovun cəmiyyətimiz üçün təhlükə törədən əməlləri yada düşür.

Amma dövlət başçısı onu bu vəzifəyə təyin edəndə, ölkənin yollarını ona etibar edəndə yollarımızın yenidən qurulması, yeni yolların çəkilməsi sahəsində ciddi tələblər qoyub. Üstəlik, ölkədə bəlkə də barmaqla sayılan bir neçə sahə var ki yenidənqurma işləri üçün dövlət başçısı büdcə vəsaitindən əlavə, Prezidentin ehtiyat fondundan da vaxtaşırı milyonlarla manat pul ayırır. Pul ayırır ki, Saleh Məmmədov paytaxt Bakının və regionlarımızın yollarını düzəltsin. Düzəltsin ki, vətəndaşlarımız ölkə daxilində rahat hərəkət edə bilsin…

Amma nə yazıq ki, son illərdə müstəqil mediada və sosial şəbəkələrdə Saleh Məmmədovun qururculuq əməllərindən daha çox dağıdıcı fəaliyyətindən bəhs olunur. Bu cür təzadlı durumda S.Məmmədovun

TƏKCƏ ÖLKƏ VƏTƏNDAŞLARINI DEYİL, DÖVLƏT BAŞÇISINI DA ALDATMAQ CƏHDLƏRI

sezilir. Məsələn, təsəvvür edin, 2015-ci ildən “Azəravtoyol”un rəhbəri təyin edilən S.Məmmədov dövlət başçısı ilə həm açılışlar, həm də təkbətək görüşlərində görüləcək işlər barədə gələcək planlar haqqında danışanda xeyli layihədən bəhs edir. Amma elə yol layihəsi var ki, bu məmur 7 ildir hər dəfə yaxın vaxtlarda başa çatacağından danışır, utanmadan dövlət başçısına məlumat verəndə də ad çəkir, nəticə isə yoxdur.

Sadəcə bir misal çəkək: inşasına 2015-ci ildə başlayan Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun istifadə verilməsi S.Məmmədovun rəhbərliyi ilə 7 ildir ki, davam edir. Bu gedişlə yəqin

S.MƏMMƏDOVUN DÖVRÜNDƏ ZIĞ-HÖVSAN AVTOMOBİL YOLU TAM İSTİFADƏYƏ VERİLMƏYƏCƏK!

Həmin ərazidə yaşayan sakinlərlə S.Məmmədovun hansı düşmənçiliyi varsa, 70 kilometrlik Zəfər yolu bir ilə istfadəyə verilsə də, 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməməsi dəfələrlə gündəmə gətirilsə də, bu məsələdə adıkeçən məmur yalandan vaxt verməklə işini bitmiş hesab edir.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, sonuncu dəfə ötən ilin oktyabrında Prezident İlham Əliyev xüsusi sərəncamla Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayırıb. Amma 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun tamamlanması üçün son 5 ayda ciddi işlərin görüldüyü nəzərə çarpmır.

Baxmayaraq ki, dövlət başçısı ilə görüşlərində 3 il əvvəl də yolun tamamlanmasına az müddət qaldığı barədə yalan məlumatlar verən “Azəravtoyol”un şefinin ayrılan bu qədər vəsaiti haraya xərclədiyindən belə xəbər yoxdur. Bununla eyni zamanda həmin yolun davamı olacaq Hövsan-Qala-Türkan yolunun istifadəyə verilməsi də illərdir davam edir. Belə ki, AAYDA-nın öz saytında hələ 2019-cu ildə yolun tikintisi barədə məlumat yerşlədirilsə də, sakinlər bu yolun aqibəti barədə hələ də xəbərsizdirlər.

Digər tərəfdən, ölkədə inşa edilən avtomobil yollarında

AAYDA-nın YARIMÇIQ FƏALİYYƏTİ ÖLKƏDƏ ÖLÜM MƏNBƏYİ YARADAN ƏSAS AMİLLƏRDƏNDİR.

Ekspertlərin də qeyd etdikləri kimi, ölkənin bir çox yollarında, o cümlədən Bakı-Quba yolunda qüsurların olması, bayaq adını çəkdiyimiz Zığ-Hövsan yolunda yarımçıq işlərin başa çatdırılmaması, yolların bir tərəfinin hələ də açılmaması, işıqlandırılmaması nəticəsində demək olar ki, hər gün həmin yollarda avtomobil qəzası baş verir. Yollarda çökmə, natamam işlərin nəticəsində yaranan boşluqlara görə sürətli gedən maşınlar idarəetmədən çıxır, çox sayda insanın ölümü baş verir. Bütün bu qəzaların baş verməsində əsas günahkar olan AAYDA isə məsuliyyətdən kənarda qalır…

Beləliklə, Prezident İlham Əliyevə yalnış məlumat verən S.Məmmədovun yarıtmaz fəaliyyyəti ucbatından qəzalar baş verir, vətəndaşların taleyi ilə oynayan S.Məmmədov isə öz işindədir. Sonuncu dəfə bir-neçə gün əvvəl Bakı-Quba yolunun bərbad vəziyyətdə olması səbəbindən bir ailənin bütün üzvləri həlak oldu. Məhz, bu faciədən sonra Saleh Məmmədovun işçiləri təmir adı altında adıçəkilən magistrala yamaq vurmaqla işlərini yola verdilər.

Əvəzində S.Məmmədovun yaxın qohumları ilə əlbir olaraq dövlətin ayırdğı vəsaitlərin tender və digər layihələri icrası yolu ilə taladığı barədə son illərdə mediada xeyli məlumatlar var. S.Məmmədovun və rəhbərlik etdiyi müəssisənin ona daha yaxın olan işçilərinin vasitəsilə korrupsiya yolu ilə topladığı sərvətlərin hara xərcləndiyi, hansı sahədə leqallaşdırıldığı, habelə tabeliyindəki idarələrdə qanun pozuntuları barədə onlarla şikayət, hətta dövlət başçısına açıq müraciətlər var.

Burada ən maraqlı fakt – xarici ölkələrə daşınan sərvətlər vasitəsilə Saleh Məmmədovun oğlu Sübhan da Qərb ölkələrində şirkətlər yaradıb, tanınmış iş adamı olmasıdır. Avstriyada yaşayan Sübhan Məmmədli nə hikmətdirsə, 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri S.Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Daha bir iddia onun keşmiş məmurlardan Əli Həsənovun oğlu Şamxal kimi,

SALEH MƏMMƏDOVUN OĞLUNUN XARİCDƏ ERMƏNİLƏRLƏ İŞBİRLİYİ

barədədir. Belə ki, Sübhan Məmmədlinin milyonlarla aktivi olan Britaniyadakı şirkətinin tərəfdaşları sırasında Tiqran Petrosyanın da adı çəkilir.

AzToday.az xəbər verir ki, Birləşmiş Krallığın reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərrin siyahısını da təqdim edirik:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

Onu da qeyd edək ki, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R. Vəliyevin qızı ilə ailə həyatı qurub.

Yəni konkret olaraq demək olar ki, uzun illərdir yüksək vəzifələrdə olan S.Məmmədov haqqında korrupsiya iddiaları fonunda digər məmurların nümunələrində olduğu kimi, qarşımızda övladları vasitəsilə ölkəmizin sərvətlərinin xaricə daşınmasının şahidi olduğumuz mənzərə canlanır.

Amma nədənsə, onun korrupsiyada və qohumbazlıqda günahlandırılması barədə illərlə danışılsa da, yazılsa da, Saleh Məmmədov “topdağıtmaz” məmurlardan biri kimi özünü dövlət başçısı qarşısında işgüzar kimi göstərir. Halbuki yol infrastrukturuna ayrılan vəsaitlərin bacısı oğlu, qudası, AAYDA-nın tabeliyindəki idarə rəhbərləri ilə əlbir olaraq dağıdan, əvəzində isə ölkə vətəndaşlarının min bir əziyyət çəkməsinə, həyatını itirməsinə səbəb olan Saleh Məmmədovun fəaliyyəti ciddi araşdırılmalı, dövlətdən oğurladığı pulları geri qaytarmağa məcbur edilməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru