"Diaqnoz Tibb Mərkəzi"nə qoyulan diaqnoz... - Tibb ocağında qiymətlər kəllə-çarxa qalxıb
Tarix: 6-05-2015, 14:49 | Çap et
 Səhiyyə sistemindəki problemlər bitmir ki, bitmir. İstər dövlət müəssisələrində, istərsə də özəl xəstəxanalarda durum heç də qənaətbəxş hesab olunmur. Çünki baş verən olaylar onu deməyə əsas verir ki, tibb ocaqlarının vəziyyəti həqiqətən bərbaddır. Təəssüf ki, səhiyyə sistemindəki problemlərin aradan qaldırılması istiqamətində mühum işlər görülmür. Bu da vəziyyətin getdikcə pisləşməsinə gətirib çxarıb.
Demək olar ki, yeganə sahə media sahəsidir ki, tibbdə yaşanan neqativ olaylara xüsusi diqqət ayırır. "Gündəlik-Bakı" qəzetinin rolunu xüsusi qeyd etmək istərdik. Sözügedən qəzet cəmiyyəti narahat edən problemləri hər zaman obyektiv, qərəzsiz şəkildə ictimaiyyətin diqqətinə çatdırıb. Təəssüf ki, mediada gedən bu cür xəbərlərə az diqqət ayrılır. Yazılanlara reaksiya verənlər o qədər də çox deyil. O səbəbdən də səhiyyədəki nöqsanlar durmadan artır. Bu da cəmiyyətin haqlı narazılığına əsas yaradır.
Bu mövzunu yenidən gündəmə gətirməyimizin səbəbi isə, özəl xəstəxanalardan birində yaşanan durumla bağlıdır. Belə ki, redaksiyamıza daxil olan şikayət Bakı şəhəri , Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C("Bakı" kinoteatrının yanı) ünvanda yerləşən "Diaqnoz Tibb Mərkəzi" barədədir.
Adını çəkdiyimiz tibb ocağında vəziyyət o qədər də qənaətbəxş deyil. Düzdür, mərkəzin xəstələr üçün yaratdığı şərait normal hesab olunsa da, tibb müəssisəsində kifayət qədər nöqsanlar mövcuddur. Belə desək, tibb ocağının sadəcə olaraq görünüşü var. Lakin insanlara təkcə görünüş kifayət etmir. Hər kəs xəstəxana seçərkən ilk növbədə oradakı həkimlərin savadlı olmasını araşdırır. Bizə verilən məlumata görə, xəstəxanada qiymətlər od tutub yanır. Təkcə bir müayinə və adi qan analizi üçün ən azı üstündə 100 manat pul olmalıdır. Qanın ümümi analizinə, UZİ-yə düşdükdə isə qiymət kəllə çarxa qalxır. Ona görə də sözügedən tibb müəssisəsi maddi durumu aşağı olan xəstələr üçün deyil. Əməliyyat zamanı xəstədən pul alana qədər əldən-ayaqdan gedirlər. Elə ki xəstənin pulunu aldılar, ondan sonra həkim və tibb bacılarının üzünü görmək mümkün deyil. Xəstəni otaqda qoyub çıxıb gedirlər. Nə vaxtsa yadlarına düşsə, onda xəstəni yoxlamağa gəlirlər. Bizə verilən məlumata görə, regionlardan həmin xəstəxanaya xəstələr axışır. Amma UZİ-yə və yaxud rentgenə düşmək üçün növbəyə yazılsalar da, kimin adamı varsa, həmin xəstələri növbəsiz həkimin qəbuluna salırlar. Rayondan gələnlər isə saatlarla gözləməli olurlar. Bəzən elə regionlardan gəlirlər ki, paytaxtla həmin rayon arasında xeyli məsafə olur. Lakin bu cür xəstələri nəzərə almırlar. Bu da həmin şəxslərin ciddi narazılığıa səbəb olur. Həmin şəxslər bildirirlər ki, bəzən elə vaxt olur ki, vaxt tamam olur bizə bildirirlər ki, gedin sabah səhər gələrsiniz, sizi birinci qəbul edəcəyik. Bu isə uzaq rayondan gələn və paytaxtda heç bir qohum-əqrəbası olmayan insanlara çətinlik törədir.
Bundan başqa, "Diaqnoz" Tibb Mərkəzində həkimlərin işbirliyi var. Belə ki, bir həkimin yanına getdinsə, bütün həkimlərdən keçməyi məsləhət görürlər. Analiz verməlisən hər şeydən. Bununla da həm öz, həm də digər həkimlərin cibini doldururlar. Bu isə xəstələrin soğan kimi soyulması deməkdir. Sözügedən tibb ocağında xəstələrə yalnız və yalnız firma dərmanları yazırlar. Bu da göstərir ki, həkimlərlə dərman firmaları arasında işbirliyi var.
Qeyd edək ki, "Diaqnoz" Tibb Mərkəzində laboratoriya, şüa-diaqnostika,ginekologiya, nevrologiya, stomatologiya, endokrinologiya, kardiologiya, LOR, fizioterapiya, qastroenterologiya, cərrahiyyə, oftalmologiya, urologiya, reanimasiya və intensiv terapiya, pediatriya, travmatologiya, təcili yardım, dəri-zöhrəvi, andrologiya, proktologiya, terapiya şöbələri fəaliyyət göstərir.
Xatırladaq ki, 2015-ci il martın 4-də Səhiyyə Nazirliyinin cəzalandırdığı klinikalar arasında "Diaqnoz"un da adı var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Dünən, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Dünən, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Dünən, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Dünən, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Dünən, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Dünən, 02:41 |
|
|
|
|