Mikayıl Cabbarovun diqqətinə: Burada pul yığırlar... - Demişdi ki, onu xəbərdar edək...
Tarix: 5-05-2015, 14:30 | Çap et
 Məlumdur ki, bu gün Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılması məsələsinin müsbət həlli bir çox hallarda olduğu kimi, konkret müəssisə və təşkilatlara rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu problemə toxunaraq Bakıda və rayonlarda fəaliyyət göstərən bir çox peşə lisey və məktəblərində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Bu xüsusda redaksiyamıza bir müddət əvvəl daxil olmuş şikayət məktublarında 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar barədə çeşidli məlumatlar təqdim edilir. Həmin məlumatlara əsasən belə bir qənaətə də gəlmək olur ki, sözü gedən tədris müəssisəsi faktiki olaraq məktəbin direktoru Rəhim Ağamalıyev tərəfindən şəxsi kommersiya obyekti kimi istismar olunmaqdadır. Məlumatlarda qeyd olunur ki, məktəb direktoru onun tətbiq etdiyi iş üsullarına ümumiyyətlə heç kəsin müdaxilə etmək iqtidarında olmadığını bəyan edir. Belə ki, direktor özünü hətta Təhsil Nazirliyi üçün də kifayət qədər əlçatmaz hədəf hesab edir. Belə məlum olur ki, Rəhim Ağamalıyev daha yuxarı instansiyalarda əyləşmiş hansısa nüfuzlu himayədarlarına kifayət qədər arxayındır. Aldığımız məlumatlarda ilk növbəd vurğulanır ki, bu gün lisey üzrə dərslərə davamiyyət olduqca aşağı səviyyədədir. Digər tərəfdən isə məktəb jurnallarındakı qeydlər müəssisənin aktiv fəaliyyət göstərməsini, şagirdlərin burada zəngin biliklərə və peşə vərdişlərinə yiyələndiklərini israrla sübut edirlər. Mənbələr isə iddia edirlər ki, 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdlərin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktorunamüəyyən məbləğdə ödəniş edirlər. Direktor isə göründüyü kimi bu vəziyyətdən xeyli məmnundur. Çünki ümumi hərc-mərclik fonunda onun tərəfindən həyata keçirilən bir çox konkret maxinasiyalar da diqqəti cəlb etməyə bilər. Bu maxinasiyalar isə ilk növbədə qeyri-qanuni şagird qəbulu, köhnə tarixlə arayış və sənədlərin verilməsi, saxta diplom təqdimatı və digər bu kimi korrupsiya əməllərində özlərini büruzə verirlər. Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Həmçinin qeyr etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Yeni aldığımız daha bir məlumatda isə qeyd olunur ki, lisey direktoru şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, liseydə davamiyyətin aşağı səviyyəsi direktora şagirdlərin təqaüd kartları vasitəsilə də maliyyə mənimsəmələri həyata keçirməyə geniş imkanlar yaradır. Məlumatı təqdim edən mənbə bildirir ki, bu kartları uzun müddət özündə saxlayan məktəb direktoru il ərzində şagirdlərə ayrılan təqaüd pullarının 60%-indən artıq hissəsini gözlərini belə qırpmadan mənimsəyir... DİA.AZ-dan: Nazir elə bu gün açıqlama verərək bildirmişdi ki, hansı təhsil ocağında qanunsuz pul yığırlarsa, onu xəbərdar edək. Biz də etdik. Geridə qalanı hörmətli gənc nazirimizin boynuna düşür... Qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Dünən, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Dünən, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Dünən, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Dünən, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Dünən, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Dünən, 02:41 |
|
|
|
|