Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

Samir Şərifovun Qaradağdakı adamından prezidentə şok şikayət - Nazirin müdaxiləsi zəruridir...
Tarix: 19-03-2015, 14:58 | Çap et
Samir Şərifovun Qaradağdakı adamından prezidentə şok şikayət
Bakı şəh., Nizami r-nu, Məhsəti küç., ev 22, mən. 28-də yaşayan Xəlilov Xudaverdi İsmayıl oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab M. Nəbiyevə açıq məktub ünvanlayıb.


GUNDEMİNFO.AZ olaraq həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

Hörmətli cənab Prezidenti İlham Əliyev, hörmətli Azərbaycanın Birinci xanımı Mehriban xanım!

Bildirirəm ki, kasıb təbəqənin canı və qanı bahasına müstəqilliyini əldə etmiş, dünyəvi, demokratik hüquqi müstəqil respublikanın, hüquq mühafizə orqanlarında, bəzi məmurlar tərəfindən vətəndaşa qarşı zülm haqsızlıq və özbaşınalıq edilir, bu baxımdan onların hüquqları pozulur, haqları yeyilir, azadlığı əlindən alınır, vətəndaşın əmlakını dələduzluqla ələ keçirən məmura bu orqanlarda himayədarlıq edilir, cinayət əməli törətmiş hər hansı məmurdan verilən şikayət, digər məmur tərəfindən müdafiə olunur və nəticədə qanunlar bu orqanlarda maddi marağa, vəzifə, masa, paqon dostluğuna qurban verilir.

Ona görə də bu gün cəmiyyət ölkədə iki təbəqəyə, varlılar və kasıblar təbəqəsinə bölünüb.

Birinci təbəqənin adamları gündəlik həyatında milyonları qəpik-quruş sayan, bəzi məmurların ailə uşaqlarına onların qohum-qardaşı və dost-tanışlarıdır.
Bu təbəqənin adamları üçün, cinayət deyilən məvhum yoxdur. Çünki, bu adamlara görə ölkədə törətdikləri hər hansı cinayətə görə onlar üçün nə qanun var nədə cəza.

İkinci təbəqənin sakinləri isə sadə zümrənin kasıb adamlarıdır.

O, adamlar ki, onlar bu gün müstəqil respublikanın dövlət idarələrində, bəzi məmurlar tərəfindən adam yerinə qoyulmur, hər addımda hüquqları pozulur, haqlarında edilən məmur haqsızlığı, məmur özbaşınalığı üzündən, onların dövlət idarələri qarşısında ərşə qalxan nə ah vaylarını eşidən tapılır nə də şikayətlərinə qulaq asan.
Bildirirəm ki, “Tac Holdinq” şirkətinə məxsus pivə bişirmə zavodunda ağır şəkər xəstəsi olan oğlum N.Xəlilovun ailəsinə məxsus 50% 700000 manat dəyərində əmlak payı, həmin zavodda 06.08.2007-ci ildən bu günə kimi gizli biznes fəaliyyəti ilə məşğul olan, ailəvi dostumuz, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzə Mirzəyevin iştirakı, məsləhəti və təşkilatçılığı ilə, dostu Cəlal Qocayevin adı altında 30.12.2012-ci il tarixli alqı-satqı müqaviləsindən sonra, müxtəlif fırıldaq işlədilməklə Mirzə Mirzəyevin əlinə keçmişdir.
Ancaq nədənsə alqı-satqı zamanı Azadlıq prospektində yerləşən 51 saylı notariat kontorunun rəisi, məmur Mirzə Mirzəyevin dostu, notarius Üzeyir Kərimov tərəfindən bu məbləğ alqı-satqı müqaviləsində 325.000 manat göstərişmişdir.Onuda nəzərinizə çatdırıram ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən, 51 saylı notariat kontorunun müdiri, Üzeyir Kərimov alqı-satqı müqaviləsini təsdiq edərkən, vəzifəsindən son dərəcə istifadə etmiş, bu işdə Qaradağ rayon Maliyyə şöbəsinin rəisi, dostu Mirzə Mirzəyevin məkirli niyyətinin həyata keçirilməsi mövqeyində dayanmış, müqavilədə göstərilən 325.000 manat pulu bankda oturtmamış, alqı-satqı zamanı, alıcı-satıcını, satıcı-alıcını, Mirzə Mirzəyevin məsləhəti ilə görmədən, tərəflər heç bir narazılıq etmədən pullarını aldılar deyə Üzeyir Kərimov tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilmişdir.




Alqı-satqı müqaviləsindən sonra oğlum N. Xəlilov ailəsinə məxsus pulu almaq üçün, etibar edib inandığı, uşaqlıq və ailəvi dostu Mirzə Mirzəyevə bir neçə dəfə müraciət etmişdir. Mirzə Mirzəyev isə ona bu gün gəl, sabah gəl deyərək nə az nə çox 01.01.2013-cü ildən 03.05.2014-cü il tarixə kimi, yəni 1 il 3 ay süründürmüş və verdiyi vəd üzrə ödəyəcəyi satış pulunu sonda o, yox, onun dostu Cəlal Qocayev tərəfindən ödəniləcəyini bildirmişdir.
Nəhayət ki, oğlum N. Xəlilov sonda ailəvi dostu məmur Mirzə Mirzəyev tərəfindən aldadıldığını başa düşmüş, o, ailəvi dostluğuna xələl gətirməmək üçün, bu barədə hüquq-mühafizə orqanlarına şikayət verməmiş, ancaq o, bu 1 il 3 ay ərzində həm Mirzə Mirzəyevə və həmdə Cəlal Qocayevə 300-dən artıq SMS (mesaj) göndərərək onlardan ailəsinə çatası küllü miqdarda satış pulunu tələb etmişdir.
Sonda pulunu Mirzə Mirzəyev və onun dostu Cəlal Qocayevdən ala bilməyən oğlum N. Xəlilov, məcburiyyət qarşısında qalaraq məmur Mirzə Mirzəyevin hərəkətindən ölkə Prezidentinə, Baş Prokurora və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdir.
Bundan sonra Mirzə Mirzəyev haqqında verilən şikayətdən təşfişə düşmüş və oğlum N. Xəlilovun gələcəkdə davam etdirəcək şikayətlərin qarşısını almaq üçün, o, oğluma qarşı həbs etdirdiyi keçmiş dostu İsmət Məmmədov və İsmət Məmmədovun keçmiş türmə dostu Əjdər Talıbov kartından istifadə edərək, oğlum N. Xəlilovu dostu Teyyub Müseyibovun vasitəsi ilə MCQMİ-nə gətirtmiş, burada ağır şəkər xəstəsi olan oğlum N. Xəlilova qarşı 1937-ci ilin şantajla üzə qoyma metodlarından və faşizmin iyrənc Gestapo üsullarından istifadə etməklə, hüquqi dövlətin MCQMİ-də Mirzə Mirzəyevin dostu Teyyub Müseyibov tərəfindən fiziki zor tətbiq edilməklə vurularaq dişi sındırılmışdır.
Bununla bağlı həm mən, həmdə oğlum N. Xəlilov, Mirzə Mirzəyevdən və eləcədə onun dostu Teyyub Müseyibovdan verdiyimiz çox saylı şikayətlərimiz, 4 aydan artıq Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hərəkətsiz saxlanılmış, heç bir qərar qəbul edilməmiş hansısa qüvvənin marağı üzündən analoqu olmayan qanun pozuntusu ilə araşdırılacaq adı altında Prokurorluq verdiyimiz N-sayda şikayətlərimizi oğlum N. Xəlilovun vuraraq dişini sındıran, Mirzə Mirzəyevin dostu Teyyub Müseyibovun işlədiyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbərliyinə göndərilmişdir.
Həmçinin Teyyub Müseyibovdan verdiyimiz çox saylı şikayətlər Baş Prokurorluqda DİO-da təhqiqat istintaq əməliyyat və axtarış fəaliyyətinin üzərində nəzarətin düzgün yerinə yetirilməsi idarəsinin böyük prokuroru Tahir İsmayılovun icraatında hansı maraq baxımındansa 6 aydan artıq hərəkətsiz saxlanıldığından sonra, o da öz növbəsində diş sındıranı haqlı, dişi sınanı isə haqsız sayaraq Teyyub Müseyibovun əleyhinə cinayət işinin başlanmasını rəsmi qərarla rədd etmişdir.Göründüyü kimi bu gün ölkədə qanunlar, bəzi məmurların məkirli maraqları üzündən sadə zümrənin kasıb adamlarına deyil, bəzi məmurların ailə uşaqlarına, onların qohum-qardaşlarına və imkanlı adamlara xidmət edir. Bu isə öz növbəsində vətəndaşı dövlətdən, dövlətçilikdən eləcədə onun sevərək seçdiyi öz prezidentindən narazı salır.
Artıq bu gün, ailəsinə çatası küllü miqdarda əmlak pulunu məmur Mirzə Mirzəyevdən tələb etdiyinə və ondan verdiyi şikayətdən 3 ay sonra Mirzə Mirzəyevin sifarişi ilə həbs olunan oğlum N. Xəlilovun haqqında təşkil edilmiş qondarma cinayət işinin istintaqı bitirilmiş və baxılması üçün, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Ağır şəkər xəstəsi olan oğlum N. Xəlilovun deməsinə görə o, həm ittiham aktı ilə həmdə haqqında təşkil edilmiş qondarma cinayət işin saxta materialları ilə tanış olmuşdur. Oğlum N. Xəlilovun deməsinə görə o, İsmət Məmmədovun Mirzə Mirzəyevə ünvanladığı və cinayət işinə əlavə edilmiş, hər iki eyni məzmun kəsb edən, biri anonim, digəri isə imzalı “O dünyadan məktub”lada tanış olmuşdur. Deməsinə görə həmin məktublarda İsmət Məmmədov M. Mirzəyevə yazır.



Sitat – Mirzə Rəşid oğlu Mirzəyev və Namiq Zöhrab oğlu Bağırov sizin barənizdə olan məhkəmə qərarından göründüyü kimi siz, özgənin bədbəxtliyi üzərində öz xoşbəxtliyinizi quran insanlarsınız.
Beynəlxalq bankdan kredit hesabına aldığınız 300000 ABŞ dollarını mənimsəyib, yüksək mənsəb sahibinə çevrildikdən sonra, siz Əzizbəyov rayon Maliyyə şöbəsinə rəis, yeznəniz Namiq Bağırov isə Maliyyə Nazirliyinin baş təftiş idarəsinə revizor təyin olundu. Nəfsiniz bununla kifayətlənməyərək rəhbərliyiniz altında olan sizə məxsus

Ananızın adını daşıyan “Emabank”-ı Ələskərli Xuramana satmaq adı ilə onu və övladlarını bankda işləyən personal niyyətinizə xidmət edərək hamını təhlükəyə atdınız.



Mirzə Mirzəyev o, zaman siz Ələskərli Xuramanın savadsızlığından və ehtiyacından istifadə edərək, ona cuzi pul verməklə, onun adına Milli bankdan milyard manat məbləğində X. Ələskərli adına rəsmiləşdirilmiş “Emabank”-a kredit aldığınız və həmin krediti də cibinizə qoyaraq guya Xuraman Ələskərliyə satılmış bankın haqqı olaraq əlindən aldınız. Bu pula Bakı şəhərində əmlaklar aldınız və misilsiz varlandınız.
Bakı şəhərində aldığınız əmlaklar, Xuraman Ələskərlinin puluna alınmış əmlaklarıdır. Belə ki, Tarqovidə 5 mərtəbəli arxitekturalı binada 2-ci mərtəbədə 2 mənzil, hər biri 300 kv.m., qiyməti 1 milyon beş yüz min manat, Şaqan qəsəbəsində 150 sot sahədə tikilmiş bağ evi, qiyməti minimum 1 milyon manat, hal-hazırda Bakı şəhərində rayonların birində adı məlum icra başçılarından biri ilə şərik işlətdiyiniz, Qala pivə zavodu, qiyməti 3 milyon manat, H. Əliyev sarayının yanında 450 kv.m-lik ev qiyməti minimum 1 milyon beş yüz min manat, N. Nərimanov prospektində 3 ədəd tam təmirli ev, qiyməti 1 milyon beş yüz min manat və Mərdəkanda yol kənarında 3 ədəd ticarət mərkəzi, qiyməti iki milyon manat.

İsmət Məmmədov sözünə davam edərək yazır.

Siz, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi, bacınızın əri Namiq Bağırov isə Saatlı rayon Maliyyə idarəsinin rəisidir. Bu saxtakarlığınızın nəticəsi olaraq Xuraman Ələsgərli 10 il həbs cəzası aldı. Övladlarımın həyatı pozuldu. Bankın işçiləri isə müxtəlif cəzalar alaraq, ömürlük bank sistemindən uzaqlaşdırıldılar.
Ələsgərli Xuraman zindanda ümüd edirdi ki, siz onu xilas edəcəksiniz, övladlarına əl uzadacaqsınız. Lakin bu belə olmadı. Ələsgərli Xuraman sizin sayənizdə zindanda müəmmalı şəkildə vəfat etdi.


Onuda deyim ki, İsmət Məmmədov vaxtı ilə 10 il, Əjdər Talıbov isə 6 il məhbus həyatı keçirmiş şəxslərdir, ali təhsilə malikdir. Bu baxımdan onların hər ikisi hüquq qaydalarını bu günkü çox hüquqşünaslardan yaxşı bilirlər.
Oğlum N. Xəlilovun deməsinə görə İsmət Məmmədov 23.01.2014-cü il tarixdə həbs edilmiş və həmin gündə o, vəkilin iştirakı ilə müstəntiq C. Daanov tərəfindən dindirilmişdir.
Dindirilmə zamanı İsmət Məmmədov, vəkilinin iştirakı ilə ifadə verərkən, M. Mirzəyevə ünvanladığı məktubda yazdıqlarını bir daha təsdiq etmiş və əlavə olaraq həm həbs olunduğu ilk gün, yəni 23.01.2014-cü il tarixdə və həmdə növbəti gün, yəni 24.01.2014-cü il tarixdə verdiyi hər iki ifadələrində, “O dünyadan məktub”-un ideyası və yazısının ona məxsus olmasını, məktubu çap etdirdikdən sonra, mətni çap edən qıza, kompüterdən sildirməsini və əl yazmasını cırıb atdığını, rəhbəri olduğu “Konsul” firması ilə Mirzə Mirzəyevin təsis etdiyi və bank şurasının sədri olduğu “Emabank” Kommersiya bankı ilə firması arasında yüz milyonlarla manat saxta maliyyə əməliyyatlarının reallaşdırdığını, bununla bağlı bu saxtakarlıqda həm M. Mirzəyev və həmdə bankın sədri olan onun yeznəsi Namiq Bağırovdan aslı olduğu üçün, həbs olunacağından qorxaraq məhkəmələrdə Mirzə Mirzəyevin xeyrinə, yalan ifadə verməklə, Xuaraman Ələskərlinin üzünə durub bu minvalla Mirzə Mirzəyevə yüz milyonlarla xeyir verməsini, Mirzəyə görə 10 il həbsə alındığını, ancaq bunu ona bildirmədiyini, həbsdən çıxandan sonra M. Mirzəyevdən çoxlu pul alıb, ondan hayıfını alacağını, bu cinayətdə oğlum N. Xəlilovun hər hansı formada nə iştirakı, nədə bilgisi olmadığını, M. Mirzəyevə qarşı sənədləri İsmət Məmmədovun özü topladığını, oğlum N. Xəlilovdan nə özü, nədə Əjdər Talıbov, heç bir göstəriş və tapşırıq almadıqlarını, Mirzə Mirzəyevdən pul almaq üçün, M. Mirzəyevə zəng etməsi barədə Əjdər Talıbova göstəriş və tapşırığı onun tərəfindən verilməsini və buna görə də cavab verməyə hazır olduğunu bildirmişdir.

Aldığı sifarişdən məmun qalan və M. Mirzəyev tərəfindən həbsdən azad ediləcəyini güman edən İsmət Məmmədov, həbs edildiyi gün yəni 23.01.2014-cü il tarixdə və eləcədə vəkilinin iştirakı ilə 24.01.2014-cü il tarixlərdə verdiyi ifadələrində, bu işdə N. Xəlilovun heç bir marağı olmayıb, nə mən, nədə Əjdər ondan heç bir tapşırıq və göstəriş almamışıq, bütün bunları mən M. Mirzəyevdən hayıf çıxmaq üçün etmişəm və Əjdərə də bu barədə göstərişi mən vermişəm deyən İsmət Məmmədov, qohumları ilə MCQMİ-də görüşündən 5 gün sonra yəni 28.01.2014-cü il tarixdə görüşdən sonra bu işdə N. Xəlilovda bizim ilə iştirak edib, deyərək vəkilinin iştirakı ilə 23-24.01.2014-cü il tarixlərdə verdiyi ifadəsini dəyişmişdir.
Belə ki, Əjdər Talıbov törətdiyi cinayət əməlinə görə 22.01.2014-cü ildə həbsə alınıb və həmin gündə vəkilinin iştirakı ilə heç bir təsir göstəriləmədən, özü öz əli ilə müstəntiqin adından sərbəst izahat yazıb.
Əjdər Talıbov həmin izahatında pula ehtiyacı olduğuna görə bu işə keçmiş türmə dostu İsmət Məmmədovun tapşırığına və məsləhətinə görə qol qoyduğunu, məktubu poçta İsmət saldığını tapşırıq və göstərişi İsmət Məmmədovdan aldığını, törətdikləri bu cinayətdə oğlum N. Xəlilovun məlumatı olmadığını, ondan heç bir tapşırıq və göstəriş almadığını bildirmişdir.


Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!

Bu işdə təəcüb doğuran hallardan biridə ondan ibarətdir ki, məmur Mirzə Mirzəyevin müdafiəsi üçün, oğlum N. Xəlilova qarşı təşkil edilmiş bu qondarma cinayət işində, bütün haqsızlıqlar, bütün özbaşınalıq və saxtakarlıqlar, oğlum N. Xəlilovun 10.02.2014-cü ildə ölkə Prezidentinə, Respublikanın Baş Prokuroruna və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, M. Mirzəyevdən verdiyi şikayətdən 3 ay sonra təşkil edilmişdir.
Belə ki, yuxarıda qeyd edildiyi kimi Əjdər Talıbov 22, 23, 24 və 29.01.2014-cü il tarixdə oğlum N. Xəlilovla üzləşmə zamanı, vəkilinin iştirakı ilə yazdığı izahatında, verdiyi ifadələrində və üzləşmələrində müstəntiqin suallarına cavab verərək bu cinayətin törədilməsində N. Xəlilovun heç bir bilgisi olmadığını ondan heç bir tapşırıq və göstəriş almadığını, bütün tapşırıq və göstərişləri dostu İsmət Məmmədovdan aldığını bildirmişdir.
Qəribədir ki, nədənsə oğlum N. Xəlilov M. Mirzəyevdən ölkənin ali hakimiyyət orqanlarına 10.02.2014-cü il tarixdə verdiyi şikayətdən 1 ay 16 gün sonra yəni 06.04.2014-cü il tarixdə, Əjdər Talıbovda 22, 23, 24 və 29.01.2014-cü il tarixlərdə N. Xəlilov bu cinayətdə bizimlə olmayıb verdiyi ifadəsini dəyişərək, guya oğlum N. Xəlilovun da bu cinayətdə onlarla iştirak etməsini bildirmişdir.


Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!

Əvvəllər saxtakarlıq, bu gün isə ailəmizə qarşı dələduzluq etmiş, keçmiş ailəvi dostumuz, Mirzə Mirzəyevi varına dövlətinə və bəzi dairələrdə vəzifə tutan dost-tanışlarına görə bu dərəcədə polis prokurorluq orqanlarında müdafiə edib, qanunları bu dərəcədə bu adama təslim etmək, cibində pulu, vəzifədə qohum-qardaşı və dost-tanışı olmayan sıravi kasıb vətəndaşları isə öz qurduqları dövlətdə məmurlar tərəfindən adam yerinə qoyulmaması nə deməkdir.
Dünyanın heç bir yerində görünməyib ki, ələ keçirilmiş əmlakını dövlət məmuru Mirzə Mirzəyevdən tələb edəsən və ala bilmədiyin üçün ondan şikayət verəsən və verdiyin şikayətdən 3 ay sonra isə hüquq mühafizə orqanları, törətdiyi dələduzluq cinayətində, M. Mirzəyevi məsuliyyətdən kənarda qoyub, əvəzində onun yerində səni quldur adı ilə həbs edib, ağır cinayətlər məhkəməsinə verələr.

Hörmətli cənab Prezident İ. Əliyev və Azərbaycanın Birinci xanımı hörmətli Mehriban xanım!

Bu gün ağır zəhmətiniz sayəsində müstəqilliyini əldə etmiş, dünyəvi, demokratik hüquqi Azərbaycan dövləti, dünya arenasında öz gücünü və qüdrətini artırır, böyük dövlətlər qarşısında öz sözünü sərbəst deyə bilir, ölkədə insanların maddi rifah halı yaxşılaşır, kəndlərimiz, qəsəbə və şəhərlərimiz günü-gündən gözəlləşir, Bakı və onun ətrafında aparılan yenidən qurma, mədəni məişət, abadlıq işləri Bakını dahada gözəlləşdirir və tanınmaz edir.
Cənab Prezident! Verdiyiniz sərəncam və göstərişlər əsasında respublikada məmur haqsızlığına, məmur özbaşınalığına, rüşvətxorluğa, korrupsiyaya, eləcə də gizli biznes fəaliyyəti ilə məşğul olan məmurlara qarşı ciddi, barışmaz mübarizə aparılır. Ancaq görəsən belə bir vaxtda nə üçün aidiyyəti qurumlarda Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzə Mirzəyevdən soruşulmur ki, cənab Mirzə Mirzəyev, bu MKM şirkəti, şərəfinə adlandırılan şəxs, Mirzəbəyli Kənan Mirzə oğlu kimdir, bu şirkətin təsisçisi kim olub və ya MKM şirkəti nəzdində fəaliyyət göstərən İsmət Məmmədovun da sizə ünvanladığı “O dünyadan məktub”-da göstərildiyi kimi Qala pivə zavodu, Lombard mağaza və mətbəə kimə məxsusdur və bu Qala pivə zavodu, bu gün dövlətdə yüksək vəzifə tutan hansı məmurla şərik işlədilir.

Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri H. Əliyev deyirdi, xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.


Hörmətli cənab Prezident və Azərbaycanın Birinci xanımı hörmətli Mehriban xanım!

Mən, Sizin ədalətinizə, dövlətə və dövlətin qanunlarına inanır və Sizə müraciət edərək, etibarından aldatma yolu ilə sui-istifadə edilən ailəsinə məxsus ələ keçirilmiş əmlakını keçmiş ailəvi dostu, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzə Mirzəyevdən 1 ildən artıq müddətə tələb etdiyinə, lakin ala bilmədiyi üçün, ondan ölkə Prezidentinə, Baş Prokurora və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verdiyi şikayətdən 3 ay sonra sifarişlə həbs olunan ağır şəkər xəstəsi olan oğlum N. Xəlilov haqqında təşkil edilmiş bu qondarma cinayətdə onun günahsız olduğunu nəzərə alıb haqqında məhkəmədə obyektiv qərar qəbul edilməsinə, vəzifəsinə, puluna, vardatına arxalanaraq, hüquq mühafizə orqanlarında, bəzi məmurların vasitəsi ilə qanunların qapılarını dövlət idarələrində üzümüzə qapadan, yüksək elitalarda generallar səviyyəsində müdafiə olunaraq törətdiyi saxtakarlıq və dələduzluq cinayətlərində, hüquq mühafizə orqanlarının qanadı altında hər vaxt məsuliyyətdən kənarda qalan, Qaradağ rayon Maliyyə şöbəsinin rəisi Mirzəyev Mirzə Rəşid oğlu və bu cinayət əməlində onu cinayət məsuliyyətindən kənarda qoyan havadarları haqqında tədbir görülməsinə müdaxilə etməyinizi xahiş edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru