Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Məcburi köçkün FHN rəhbərindən kömək istədi - "Problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər"
Tarix: 13-03-2015, 14:36 | Çap et
Məcburi köçkün FHN rəhbərindən kömək istədi
Ağdam rayonundan məcduri köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi,
523-cü kvartal, ev 12, mənzil 25-də məskunlaşmış
Hacızadə Hüseyn Hacı oğlu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova video müraciət etmişdir.
Müraciətdə deyilir:
Çox hörmətli Kəmaləddin müəllim!
Görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişinə uyğun olaraq biz - Qarabağdan olan məcburi köçkünlər 1994-cü ildə rəsmi qaydada “Azərneftyağ” zavodunun baş direktorunun imzaladığı 07.12.1994-cü il tarixli 199-x nömrəli müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti 23-də yerləşən 1364 kv.m neftlə çirklənmiş ərazini və 80 kv.m uçulub-dağıdılmış tikintini icarəyə götürdük. Həmin sahədə tikinti-abadlıq işlərinin aparılması üçün rəsmi icazə alaraq (qoşma-1) erməni işğalından sonra əlimizdə qalan son əmlakımızı bir yerə topalayıb özümüz də gecə-gündüz işləməklə 12 ədəd boks və yardımçı binalar (yeməkxana, yuyunma otağı, kabinetlər və s.) yaradaraq 780 kv.m tikinti işləri apardıq (tikintinin həqiqətən bizim tərəfimizdən aparılmasına dair qarşı tərəfin təsdiqi var və tikintinin planı əlavə olunur - qoşma-2). Ədliyyə Nazirliyindən “Xüsusi mülkiyyətçi” kimi rəsmi qeydiyyatdan keçdik və qanuni müqavilə ilə biz məcburi köçkünlər və şəhid ailələrinin üzvləri avtomobillərə texniki xidmət göstərməyə başladıq (qoşma-3).
Hər il yenilənən müqavilə əsasında öhdəmizə düşənləri, o cümlədən icarə haqqını vaxtlı-vaxtında ödədik (qoşma-4, 5). Lakin zavoda yeni direktor gələn mərhum Ramiz Mirzəyev bizə xəbərdarlıqlar göndərməyə başladı ki, “Oranı xoşluqla bizə verib gedin”. Biz razı olmadıqda, müxtəlif saxta sənədlərlə, hətta güc tətbiq etməklə təzyiqlərə başladılar. Bizim xəbərimiz olmadan, direktor yalnız öz tabeçiliyindəki işçilərin imzası ilə saxta, qondarma aktla bizim xüsusi mülkiyyətimizi birtərəfli qaydada öz “insafına” uyğun cəmi 42 milyon manat (keçmiş Azərbaycan manatı ilə, təqribən 8 min ABŞ dolları) qiymət qoydurub (onların belə bir qiymətləndirmə səlahiyyətləri olmadığı halda) və onu bank vasitəsilə bizim kiçik müəssisənin hesabına köçürtdürdü (qoşma-6). Beləliklə, əslində o, sahibkarlıq fəaliyyətində qətiyyən yolverilməz bir qanunsuzluq törətdi, yəni “iri bir təşkilat kiçik müəssisəni assimilyasiya etmişdir”.
Hətta bizim xəbərimiz olmadan adımızdan saxta sənədlər tərtib etdirilməkdən də çəkinmədilər (qoşma-7), giriş qapısına “xüsusi işçilərini” qoyaraq zor tətbiq etməklə bizi içəri buraxmadılar (həmin mənzərənin fotosu əlavə olunur).
Bundan sonra məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir (qoşma-8). Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur (qoşma-9).
Göründüyü kimi, bu günə qədər bizə çatacaq vəsaitdən yalnız 8100 ABŞ dolları ödənilmişdir (söz vermişdilər ki, qalanını da yavaş-yavaş ödəyəcəklər, amma vədlərini yerinə yetirmədilər). Onlar etibarımızdan sui-istifadə edərək, bizi aldadaraq erməni işğalından sonra yenidən bizim əmlakımızı işğal etmişdilər. Hər yerə yazırlar ki, guya biz “Ədalət” qəzetində onlardan razılıq da etmişik. Lakin ”Ədalət” qəzeti 2.11.2011-ci il tarixli nömrəsində yazıb ki, ”Bununla əlaqədar olaraq heç bir cavab və ya təşəkkür məktubu almamışıq” (qoşma-10). İnsafsızlıqla hər cür saxtakarlığa əl atmışlar, əvvəl bizi zavoda işə götürüb, sonra xəbərimiz olmadan adımızdan saxta ərizə yazıb işdən çıxarmışblar (qoşma-11). Əslində isə bizim elə bir tələbimiz də yoxdur, yalnız bizə dəyən ziyanın ödənilməsini istəyirik.
Hörmətli Kəmaləddin müəllim!
Mən biləndə ki, bu ərazidə Boks Federasiyasının zalları tikilir, dərhal В«Allah xeyir versin!В» deyərək düşdüyümüz acınacaqlı vəziyyəti bilavasitə Sizə çatdırmaq üçün dəfələrlə qəbulunuzda olmaq istədim. Lakin hələ də bu mümkün olmayıb. Onsuz da hamı kimi biz də əminik ki, Siz dara düşənlərə həmişə əl uzatmısınız, məcburi köçkünlərə dayaq olmusunuz. Mən əminəm ki, Siz özündən asılı olmayaraq son imkanını itirmiş mənim kimi yaşlı bir məcburi köçkünün öz zəhmətilə tikdiyi tikintisinin sökülərək dəymiş ziyanın ödənilməməsinə dözməzsiniz. Əminəm ki, Sizin böyük ürəyiniz mənim çıxılmaz vəziyyətimə biganə qalmayacaq. Müavininiz Orucəli müəllim məni dinləyərək, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Komitəsinə göndərdi. Orada araşdırma aparıldı və mənə bildirdilər ki, nəticə barədə bir neçə gündən sonra çağırıb məlumat verəcəklər. Üç gündən sonra məni Komitəyə çağırdılar. Komitənin əməkdaşları mənə bizim 780 kv.metrlik sökülən tikintimizin yalnız 6 m eni, 62 m uzunluğunda olan ərazinin hazırda tikilməkdə olan sahəyə, qalan hissənin (eni 16 m, uzunluğu 62 m) isə yol tikintisinə düşdüyünü bildirdilər (qoşma-12). Mən onların təklifi ilə razılaşdım. Ancaq bir həftədən sonra yenidən komitəyə çağrıldım. Orada məndən bir həftə öncə verdikləri sənədi geri istədilər. Mən işin nə yerdə olduğunu başa düşüb, hətta onların istədiyi şəkildə razılığa gəlməyimi də bildirdim. Yəni onların nəzərdə tutduğu eni 6 m, uzunluğu 62 metr olan sahənin müəyyən qədər azaldılmasına da razı oldum. Ancaq aradan 5 ay keçməsinə baxmayaraq, Komitədən heç bir reaksiya yoxdur. Bu səbəbdən də mən Orucəli müəllimin və müavinlərinin qəbuluna getsəm də, onlar bu problemin həllinin yalnız sizdən asılı olduğunu deyirlər.
Möhtərəm Prezidentimizin televiziyada dediyi kimi, halallıq olsun deyə Sizin işçilər tərəfindən də təsdiqlənən həcmdə olan tikintimizin dəyərinin hansı formada ödənilməsinə köməklik göstərməyinizi xahiş edirik.
Hörmətli cənab nazir!
Şizin ünvanınıza göndərdiyim yuxarıdakı müraciətimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məni heç cürə qane etməyən cavab aldım. Cavab məktubunda bildirilir ki, guya araşdırma zamanı В«NSNВ» kiçik müəssisəsi ilə ARDNŞ-nin nəzdində olan В«AzneftyağВ» Neft Emalı Zavodu arasında olan mübahisənin məhkəmə orqanlarının müxtəlif instansiyalarında baxıldığı və müvafiq qərarlar qəbul edilərək qüvvəyə mindiyi müəyyən edilib. Daha sonra qeyd edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə israatında olan məsələlərə dövlət orqanlarının müdaxiləsinə yol verilmir. Halbuki məhkəmə orqanlarının verdiyi qərarlar Sizə göndərdiyim sənədlərdə öz əksini tapıb. Hansı ki, ARDNŞ-nin nəzdində olan В«AzneftyağВ» Neft Emalı Zavodunun rəhbərliyi qanuni əmlakımızı mənimsəmək məqsədilə saxta sənəd tərtib edib. Həmin saxta sənəd də Sizə təqdim etdiyim sənədlər içərisindədir. Və yuxarıda qeyd etdiyim kimi, məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir. Yaxşı, bu məbləği versinlər! Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur. Bəs bu məbləği niyə ödəmirlər?
Xususi olaraq vurğulamaq istəyirəm ki, 2002-ci ildə 121 min manat dəyərində qiymətləndirilmiş 780 kv.m-lik tikintimizin bizdən alınması barədə heç bir məhkəmə qararı yoxdur. Odur ki, bizə dəyən zərərin ödənilməsinə kömək etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, məsələ ilə bağlı Sizin məsul işçilərinizlə dəfələrlə görüşmüşəm. Onlar problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər. Bu səbəbdən də inanıram ki, bu problemin həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.
Redaksiyadan: Biz də inanırıq ki, məlum problem süründürməçilik müstəvisindən həll olunma mərhələsinə keçəcək. Çünki ictimai fikirdə həqiqətən də nazir K.Heydərovun məhz belə bir ədalətli insan və məmur olduğu təsdiqlənib.
Mövzuya mütləq qayıdacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru