”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                 

Bakıda qəbirstanlıq biznesinə kimlər və necə nəzarət edir? - "Qəbir satıram, ucuzu 200, bahası 7-8 min manata..."
Tarix: 22-01-2015, 14:25 | Çap et
Bakıda qəbirstanlıq biznesinə kimlər və necə nəzarət edir?
Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.

Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.

Bir çoxları ailə üzvlərini nəzərə alaraq qəbir yerlərini bütöv bir ailə sayına görə əvvəlcədən alır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azaldığından bundan istifadə edən işbazlar qiyməti artırıblar. Elə götürək Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlığı, həmin ərazidə də torpaqlar baha qiymətə satılır. Belə ki, Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda torpağın 2 sotu 5000-7000 manat arasında dəyişir. Onu da deyək ki, Yasamal qəbiristanlığında boş yer çox azdır. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq, “özəlləşdiriblər”. Burada cəsədini gözləyən qəbirlər çoxdur.

“İslam dininə görə insan dünyasını dəyişəndə qəbirdə dəfn olunur. Bu barədə Allah təala belə buyurur: “Sonra Allah təala insanı öldürüb qəbirə qoydu” (Qurani Kərim, Əbəsə surəsi 21-ci ayə). Allah təala mübarək kitabında insanı torpaqdan yaratdığını və daha sonra torpağa dəfn edəcəyini xəbər verib. Allah təala insanı torpaqdan yaratmış, torpaqda yaşadır və torpağa dəfn edir. Yəni torpağın sahibi uca Allahdır və insanı orada məskən salması və orada ölməsi üçün ona böyük bir hədiyyə olaraq vermişdir. Allah təala insanın dəfn olunması üçün torpaqların satılmasını əmr etməyib." İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, İslam dinində qəbir yerləri üçün torpaq sahələrinin satılması haram sayılır. Ə. Həsənov qeyd etdi ki, bu gün amma torpaq da ticarət sahəsinə daxil edilib, satılır. Qəbir yerlərinin satılmasının islam dinində haram hesab edilməsinin isə bir çox səbəbləri var: “Birincisi, Allah təala hamıya eyni imkanı vermir. Biri yoxsul olur, kasıb olur, digəri zəngin olur. Bu gün belə çıxır ki, yoxsul olan ya ölməməli, ya da dəfn olunmamalıdır. Həmçinin, torpaq insana məxsus deyil. İnsan sadəcə, orada müvəqqəti qonaqdır. Onun yaşadığı torpağı satması, xüsusi ilə dəfn üçün satması ümumiyyətlə, yol verilməzdir. Bu gün dövlət tərəfindən qəbir yerlərinin satılmasına nəzarət olunsa da təəssüf ki, bu nəzarəti çoxları görməzdən gəlirlər. Azərbaycanda xüsusi ilə vəziyyət çox çətindir. Bu da qəbir satanların özbaşınalığının nəticəsidir. Əslində qəbir yerləri dövlətin vətəndaşları üçün xüsusi ayrılmış yer olmalı və çox cüzi qiymətə satılmalıdır, baxmayaraq ki, İslam dininə görə qəbir yerlərini satmaq haramdır.”

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qəbir biznesi cəlbedici biznesdir. Qəbir yeri üçün nəzərdə tutulan torpaqlarda qiymətlərin artması müşahidə olunur. Qiymətlərin artması da həmin yerlərə tələbin yüksəlməsi ilə bağlıdır: “Təəssüf ki, qiymətlər yüksəkdir. Əslində bu arzuolunan məsələ deyil. Qiymətlərin yüksək olması bəzi hallarda yaxınları rəhmətə getmiş insanların qəbir yeri alması ilə bağlı müəyyən çətinliklərin yaşanmasına gətirib çıxarır.”

V, Bayramovun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün qəbirstanlıq biznesinə inzibati müdaxilə edilməlidir: “Qəbir yerləri ilə bağlı bir sıra ölkələrdə olduğu kimi konkret tariflər müəyyənləşdirilsin. Həmin qiymətdən yüksək qiymətə torpaqların satılmasına icazə verilməsin. Tariflər də vətəndaşın gəlirlilik səviyyəsinə uyğun olmalıdır. Hazırda yerləşmə yerindən asılı olaraq, torpaqların qiyməti bahadır. Torpaqların qiymətinin baha olmasının bir səbəbi qeyri-rəsmi ödənişlərin artması ilə bağlıdır. Simvolik bir tarifin müəyyənləşdirilməsi və bununla yanaşı bələdiyyələr və digər qurumlar tərəfindən qeyri-rəsmi ödənişlərin qarşısının alınması olduqca vacibdir. Heç bir halda qəbir yerləri üçün yüksək vəsaitin tələb edilməsi arzuolunan deyil. Birmənalı şəkildə bu sahəyə nəzarətin gücləndirilməsinə ehtiyac var.”

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da paytaxt qəbiristanlıqlarında torpaq sahələrinin məhdud olduğunu söylədi. Amma qəbir yerlərinin pulla satılmasının qadağan olunduğunu bildirdi. “Qəbir yerləri pulla satılmır. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlar üçünsə – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. Digər materailları isə vətəndaş almalıdır. Bizim trestə 32 qəbiristanlıq daxildir. 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır. Xırdalan məzarlığının paytaxta yaxın hissəsi, bizə əks tərəfdəki hissəsi isə Abşeron rayonuna tabedir. Odur ki, bizim qəbiristanlıqlarda yerlərin pulla satılması halları yoxdur. Paytaxtın mərkəzi yerlərində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür.”

Heç kimin qəbir yerini satmağa ixtiyarı olmadığını deyən Sabir Həsənov qəbir yerlərinin sənədləşdirildiyini deyir. “Həmin qəbir yerləri sənədləşdirilir. Odur ki, heç kim qəbir yerini sata bilməz. Yəni qəbir yerləri pullu deyil. Əgər kimsə belə hallarla rastlaşarsa, trestin “qaynar xətt”inə 510 83 08 müraciət edə bilər.”

Qəribədir, görəsən Sabir Həsənovun adını sadaladığı qəbirstanlıqlarda qəbir yerlərini minlərlə manata vətəndaşlara satan kimlərdir? Qəbirstanlıqda yasin oxumaq üstə dalaşan mollalar, yoxsa qəbir qazanlar?.. Məhz bu kimi suallara cavab tapmaq üçün mövzunu davam etdirəcəyik .










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru