Bakıda "Araz Ti" MMC-nin qoçularından sakinlərə qarşı şok özbaşınalıq - İmamların 40-ı günündə Yezid zülmü...
Tarix: 25-12-2014, 14:48 | Çap et
 Bu hadisə imamın qırxı günü, yəni dekabrın 13-də Bakının ən prestijli ərazilərindən birində - Cavid prospektində baş verib.
Cavid prospekti 148 ünvanda yerləşən məhəllənin sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bir anda məhəllənin hasara alındığını görüblər. İşçilər tənəkə lövhələrlə məhəlləni çəpərləyərək sakinlərin Cavid prospektinə çıxışını bağlamağa başlayıblar. Ağsaqqallar, ağbirçəklər onlara yaxınlaşaraq “A bala, nə baş verir?” deyə sual veriblər.
Bu zaman özünü “Araz Tİ” MMC-nin təmsilçisi kimi təqdim edən Kamal adlı birisi sakinlərə yaxınlaşaraq deyib: “Evlərinizi bizə satmalısınız. Şirkət sizi məhkəməyə verib. Sənədi olanlara kvadratmetrə görə 1500 manat verəcəyik, sənədləri olmayan ərazilərə isə heç nə. Razılaşın. Yoxsa evləriniz söküləcək, əşyalarınızı isə bizim fəhlələr tərəfindən xüsusi anbara daşınacaq. Bu yer Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2005-ci ildən bizə ayrılıb. Şirkət sizin köçürülməyiniz üçün Yasamal rayon məhkəməsinə müraciət edib”.
Sakinlər ciddi narahat olublar. Çünki Kamal adlı şəxsin təsvir etdiyi əhvalatı Qabbar Sinkh kimi cinayətkarlardan bəhs edən hind filmlərindən çox görüblər. Türkiyənin məşhur Şabanı, yəni mərhum aktyor Kamal Sunal da öz filmlərində xalqı evindən bu cür zorla köçürən, məhkəmələri satın alın cinayət qruplaşmalarından çox bəhs edib. Sakinlərin dediyinə görə, Cavid prospektinin həmin hissəsinə yaxın ərazilərdə, konkret olaraq Zahid Xəlilov küçəsində oxşar hadisələr baş verdiyinə görə camaat qorxur. Sakinlərin dediyinə həmin məhəllədə evini satmaq istəməyən bir kişinin evini məcburən məhkəmə qərarı ilə söküblər və nəticədə kişinin ürəyi partlayıb ölüb. Evini satmaq istəməyən başqa bir sakin - rus milliyyətindən olan yataq xəstəsinin evi isə sirli şəkildə yanıb. Təbii ki yataq xəstəsi olan kişi də dünyasını dəyişib.
Bu kimi əhvalatlar məhəllə sakinlərini çox qorxudub və onlar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng ediblər. Bu zəngdən məhəllənin yolunu bağlayanlar da xəbər tutublar və dərhal hasarlar qarışıq bütün avadanlıqlarını götürərək aradan çıxıblar. FHN-in təmsilçiləri gələn zaman onlardan yalnız Yasamal rayon məhkəməsinə etdikləri müraciətin surəti qalıb. Müraciətdə qeyd edilir ki, məhz sakinlərinin evini satmaq istəməməsi üzündən “Araz Tİ” MMC müflis olmaq ərəfəsindədir. Çünki MMC bankdan kredit götürüb ki, bina tiksin. İndi də ərazini ala bilmədiyinə görə, ev tikə bilmədiyinə görə MMC ziyana düşür. Yəni tam bir absurdlar dünyasına məxsus ittihamlardır. Belə ittihamlara hətta Alisanın əyri güzgülər ölkəsinin məhkəməsində belə rast gəlmək olmur.
Buna görə də hüquqşünaslar bu məhkəmə ərizəsinin heç bir şansı olmadığını bildirirlər. Hüquqşünas Zaur Səmədovun fikrincə, heç bir məhkəmə bu ərizənə təmin edə bilməz. “Bizdə Konstitusiyaya görə, heç bir məhkəmə əhalinin mülkiyyət hüququnu poza bilməz. Sadəcə, şirkətlər camaatın savadsızlığından istifadə edərək, bu cür vasitələrlə hədə-qorxu gəlirlər. Onların təklif etdiyi 1500 manat vəsaitin də biznes layihələrə heç bir dəxli yoxdur. Evlər məhkəmə yolu ilə yalnız dövlət əhəmiyyətli layihələr zamanı - yol tikintisi, infrastruktur layihələri zamanı sökülə bilər, müəyyən konkret qiymət də həmin zaman kəsilə bilər, amma bu, bazara uyğun ədalətli qiymət olmalıdır. Bina tikintisi isə konkret kommersiya layihəsidir və bazar iqtisadiyyatı qanunları ilə tənzimlənməlidir”,- deyə Zaur Səmədov ANS PRESS-ə bildirib.
Bütün bunlar öz yerində, amma məhəllə sakinlərini qorxudan başqa bir səbəb də var. Hazırda ayrı-ayrı adamlar məhəlləyə gələrək burada bünövrəsi qoyulmuş evdən mənzil aldıqlarını söyləyirlər. Hər gün 5-10 adam gəlir. Belə görünür ki, şirkət hələ bünövrəsi qoyulmamış binanın mənzillərini çoxdan satıb və yəni boğazını üzən borclular çoxdur. Belə vəziyyətə düşmüş “iş adamları” isə hər cür cinayətə gedə bilərlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41 |
|
|
|
|