Kommersant.az xəbər verir ki, “Xalq Bank”ın açıqladığı hesabata görə bankın cəmi aktivlərini 352 milyon 193 min manat və ya 11 faiz azalıb. Bu azalmada əsas pay Nastro hesabların üzərinə düşüb. Bankın bu hesabı ötən ilin sonu ilə müqayisədə 369 milyon 565 min mant və ya 74.6 faiz azalaraq 125 milyon 377 min manata düşüb. Eyni zamanda “Xalq Bank”ın müştərilərinə verdiyi xalis kreditlər 6 ay əzrində 72 milyon 181 min manat kiçilib.
“Xalq Bank”ın fiziki şəxslərdən əldə etdiyi depozitlər bu ilin ilk yarısında 96 milyon 901 min manat və ya 11.6 faiz azalaraq 738 milyon 23 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 123 milyon 584 min manat kiçilərək 962 milyon 756 min manata düşüb. Nəticədə bankın depozit portfeli 1 milyard 700 milyon 780 min manat olub ki, bu da ötən ilin yekunu ilə müqayisədə 220 milyon 484 min manat və ya 11.5 faiz azdır. Bu azalmalar bankın öhdəliklər cəminə də mənfi təsir göstərib. “Xalq Bank”ın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 333 milyon 321 min manat və ya 12.6 faiz azalıb.
|
Xalq Bank |
2026 (II Rüb) |
2025 (IV Rüb) |
Fərq |
|
Cəmi Aktivlər |
2.832.273 |
3.184.466 |
-352.193 |
|
"Nostro" hesabları |
125.377 |
494.942 |
-369.565 |
|
Kreditlər |
1.776.755 |
1.847.435 |
-70.680 |
|
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat |
46.482 |
44.979 |
1.503 |
|
Xalis Kreditlər |
1.730.274 |
1.802.455 |
-72.181 |
|
Cəmi Öhdəliklər |
2.308.693 |
2.642.014 |
-333.321 |
|
Depozit |
1.700.780 |
1.921.264 |
-220.484 |
|
Fiziki şəxslərin Depozitləri |
738.023 |
834.924 |
-96.901 |
|
Hüquqi şəxslərin Depozitləri |
962.756 |
1.086.340 |
-123.584 |
|
Cəmi Kapital |
523.579 |
542.451 |
-18.872 |
|
Ümumi ehtiyat |
24.077 |
25.969 |
-1.892 |
“Xalq Bank”ın faiz gəliri 1 milyon 318 min manat artaraq 102 milyon 919 min manata, faiz xərcləri isə 4 milyon 827 min manat artaraq 39 milyon 778 min manata yüksəlib. Yekunda bank 63 milyon 140 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 509 min manat azdır.
Qeyri faiz gəlirini 8 milyon 273 min manat artıraraq 18 milyon 141 min manata, qeyri-faiz xərclərini isə 9 milyon 990 min manat artıraraq 59 milyon 949 manata yüksəldən “Xalq Bank”ın əməliyyat mənfəətində kəskin azalma olub. Belə ki, bankın sözügedən mənfəəti ötən ilin ilk yarısı ilə müqayisədə 21 milyon 772 min manat və ya 50.5 faiz azalaraq 21 milyon 332 min manata düşüb.
“Xalq Bank”ın xalis mənfəəti 13 milyon 133 min manat və ya 49.3 faiz azalaraq 13 milyon 489 min manata düşüb.
|
Xalq Bank |
2026 (II Rüb) |
2025 (II Rüb) |
Fərq |
|
Faiz Gəliri |
102.919 |
101.601 |
1.318 |
|
Faiz Xərci |
39.778 |
34.951 |
4.827 |
|
Xalis Faiz Gəliri/Zərəri |
63.140 |
66.649 |
-3.509 |
|
Qeyri-Faiz Gəliri |
18.141 |
26.414 |
8.273 |
|
Qeyri-Faiz Xərci |
59.949 |
49.959 |
9.990 |
|
Əməliyyat Mənfəəti (Zərəri) |
21.332 |
43.104 |
-21.772 |
|
Xalis Mənfəət (Zərər) |
13.489 |
26.622 |
-13.133 |


















