Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən "AzParking" sisteminin 10127 saylı parklanma məntəqəsində ciddi problem yaşandığı bildirilir.
Bizimesr.com bildirir ki, sürücülərin sözlərinə görə, məntəqədə elektron ödəniş sistemi işləmədiyi üçün parklanma əməliyyatını sonlandırmaq mümkün olmur. Bu vəziyyətdən istifadə edən bəzi nəzarətçilərin ödənişi rəsmi sistem vasitəsilə deyil, vətəndaşlardan birbaşa nağd şəkildə tələb etdiyi iddia olunur.
Qeyd edək ki, "AzParking" sistemində ödənişlərin elektron qaydada aparılması nəzərdə tutulur və tətbiq istifadəçilərə parklanmanı mobil tətbiq üzərindən idarə etməyə imkan verir.























