İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı hərbi bazalarına qarşı hücumların “qəti qələbəyədək” davam etdiriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin atəşkəs rejiminin şərtlərini pozduğunu iddia edən SEPAH həmin vaxtdan etibarən regiondakı Amerika hərbi bazalarına altı dəfə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Açıqlamada vurğulanıb ki, İran qüvvələri əməliyyatları dayandırmaq niyyətində deyil və hücumlar davam etdiriləcək.
Xatırladaq ki, daha əvvəl İran Silahlı Qüvvələri İordaniyada yerləşən ABŞ-nin Əl-Əzraq aviabazasına zərbə endirdiyini açıqlamışdı.
























