Aparıcı Zaur Kamalın oğlunun adından istifadə edilərək müğənnilərdən pul istənilməsi ilə bağlı etdiyi paylaşım sosial şəbəkələrdə geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, paylaşımın şərh bölməsində aparıcı Hüseyn Məhəmmədoğlunun yazdığı fikir diqqət çəkib.
O, Zaur Kamalın paylaşımına: "Pulumu qaytar. 1500 AZN göndərmişəm" sözlərini yazıb.
Qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən bu şərh müxtəlif müzakirələrə səbəb olub.



















