14 il şiddət görən qadının əri saxlanıldı .....                     Ukraynanın adı dəyişdirilib Rus olacaq? .....                     "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" .....                     Mariana Vasileva yeni vəzifəyə təyin olundu .....                     Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib .....                     Azərbaycandakı keçmiş səfir İranın planını açdı .....                     Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat .....                     Expressbankda yeni təyinat .....                     Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi .....                     Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq .....                     "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü .....                     Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi .....                     Prokurorluq şirkət rəhbərinin iddialarına .....                     Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: .....                     Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri .....                     CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib .....                     Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur .....                     Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     “Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” .....                     Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış .....                     Hüseyndən Zaur Kamala: .....                     Zaur Kamaldan dələduzluq xəbərdarlığı .....                     Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını .....                     Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib .....                     Qaqauz Yerində gərginlik böyüyür: .....                     AZAL brendinin yeni vizual manifesti təqdim edilib .....                     Qadağa aradan qaldırıldı: .....                     Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək .....                     Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... .....                     214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? .....                     "Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... .....                     “Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür .....                     Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... .....                     "Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." .....                     "Şəki Sukanal" ləğv olunur .....                     Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı .....                     Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir .....                     “Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” .....                     Silahlı “Artsax” batalyonu Putinin əmrində .....                 

Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Tarix: Bu gün, 15:18 | Çap et

ABŞ və Qərb Ukraynanı uzunmüddətli perspektivdə Rusiyaya qarşı dayanıqlı yeni hərbi gücə çevirməyə, Kreml isə bunun qarşılığında hərbi müqavimət imkanlarını genişləndirməyə çalışır... Bütün bunlara paralel olaraq, beynəlxalq münasibətlər sisteminin yaxın aylarda daha mürəkkəb və gərgin mərhələyə keçid edə biləcəyi isə artıq qətiyyən istisna deyil...

Ukrayna savaşı silahlı qarşıdurmaya paralel olaraq, maliyyə-iqtisadi, siyasi-diplomatik, hərbi-texnoloji və geopolitik müstəvilərdə də artıq yeni mərhələyə qədəm qoyur. Belə ki, kollektiv Qərb son vaxtlar Rusiyaya qarşı uzunmüddətli və sistemli təzyiq strategiyasını daha da sərtləşdirir. Ukraynanın hərbi potensialının gələcək onillik üçün yetərli səviyyədə gücləndirilməsi, Kremlin enerji gəlirlərini hədəfə alan yeni iqtisadi planlar, Rusiyanın beynəlxalq siyasi-diplomatik təcridinin dərinləşdirilməsi və kiberməkanda qarşıdurmanın kəskinləşməsi geopolitik vəziyyətin sürətlə dəyişdiyini göstərir.

Bütün bunların qarşılığında Rusiyanın reaksiyası da sərtləşir, Kreml hərbi cavab tədbirlərini genişləndirəcəyini bəyan edir və Türkiyə kimi önəmli regional aktorların mövqeyinə xüsusilə önəm verdiyini nümayiş etdirir. Bu isə onu göstərir ki, Ukrayna müharibəsinin gələcək taleyi daha çox böyük dövlətlərin siyasi qərarlarından və qlobal iqtisadi münasibətlərdən asılı olacaq. Və ona görə də, Fransa prezidenti Emmanuel Makronun son açıqlaması Ukraynanın gələcək müdafiə strategiyası baxımından, xüsusilə böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Emmanuel Makron bildirib ki, Ukrayna 2028-2029-cu illərdə Fransanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən olan “Rafale” qırıcılarını əldə edəcək. İlk baxışdan, bu qərarın yaxın aylarda döyüşlərin gedişinə elə bir ciddi təsir göstərməyəcəyi düşünülə bilər. Ancaq əslində, burada ən önəmli məqam odur ki, hazırda məhz Ukraynanın uzunmüddətli hərbi modernləşməsi ilə bağlı ssenari daha ön plana çıxarılmış kimi görünür. Fransa artıq Ukraynaya ən müasir silah sistemlərinin istehsalı üçün texnologiya transferinə də razılıq verib. Və bu isə Ukraynanın yaxın gələcəkdə xarici silah tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azalda, ölkənin öz hərbi-sənaye kompleksini inkişaf etdirməsinə geniş imkanlar aça bilər.

Əgər, bütün bu planlar tam reallaşarsa, onda Ukraynanın müharibədən sonrakı dövrdə Avropanın ən güclü müdafiə sənayesinə malik dövlətlərindən birinə çevrilə biləcəyi qətiyyən istisna deyil. Məhz ona görə də, Kreml Ukraynaya yönəlik bu prosesləri yalnız indiyə aid hərbi yardım kimi deyil, həm də gələcək geostrateji balansı dəyişdirəcək addımlar kimi qiymətləndirir. Üstəlik, hazırda kollektiv Qərbin Rusiyaya qarşı təzyiqləri yalnız hərbi sahə ilə də məhdudlaşmır.

Maraqlıdır ki, Ağ Evdə Kremlin iqtisadi imkanlarının məhdudlaşdırılmasına hesablanmış xüsusi yeni planların müzakirə olunduğu bildirilir. Hətta ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar paketini imzalaya biləcəyini açıqlayıb. Məlumata görə, həmin layihənin əsas məqsədi Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri ciddi şəkildə azaltmaqdır. Belə ki, Kremlə qarşı yeni sanksiya mexanizmləri ilk növbədə Rusiya neftinin ən iri alıcıları olan Çin və Hindistanı da hədəfə ala bilər. Və bu ölkələrdən idxal olunan məhsullara yüksək gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, əgər, belə bir ssenari reallaşarsa, bu, yalnız Rusiya iqtisadiyyatı üçün deyil, dünya enerji bazarları üçün də ciddi nəticələr doğura bilər. Çünki Çin və Hindistan hazırda Rusiya neftinin əsas istehlakçıları hesab olunurlar, bu iki ölkənin alış həcmlərinin azalmasının Kremlin büdcəsinə milyardlarla dollar zərbə vuracağı şübhə doğurmur. Ancaq indi digər maraqlı geopolitik paradokslardan biri də Ukraynanın Avropa Birliyinin maliyyə dəstəyi hesabına Çin istehsalı olan PUA komponentləri almağa hazırlaşmasıdır. Bu məlumat isə onu göstərir ki, müasir müharibələrdə dövlətlərarası iqtisadi və texnoloji əlaqələr siyasi bloklardan daha mürəkkəb xarakter daşıyır.

Məsələ ondadır ki, Çin rəsmi olaraq, neytral mövqe nümayiş etdirməyə çalışsa da, onun istehsal etdiyi elektron komponentlər və sənaye məhsulları həm Ukrayna, həm də Rusiya üçün vacib resurs olaraq qalır. Bu isə rəsmi Pekinin qlobal texnologiya bazarındakı dominant mövqeyini növbəti dəfə təsdiqləmiş olur. Halbuki, rəsmi Kiyevi birmənalı şəkildə dəstəkləyən Avropa məkanında isə Ukraynaya münasibətdə tam vahid mövqe mövcud deyil. Belə ki, Bolqarıstan artıq Ukraynaya hərbi və maliyyə yardımlarını dəstəkləyən "könüllülər koalisiyası"nda iştirak etməyəcəyini açıqlayıb. Və bu, Avropanın Ukrayna müharibəsi ilə bağlı strategiyası ətrafında ciddi ziddiyyətlərin hələ də mövcud olduğunu göstərir.

Ancaq digər tərəfdən, Macarıstandan gələn bəyanat tamamilə fərqli siyasi mesaj təsiri bağışlayır. Belə ki, keçmiş baş nazir Viktor Orban dönəmində Ukraynaya dəstək paketlərini bloklayan Macarıstan indi NATO və Avropa Birliyindəki müttəfiqlərlə etimadı bərpa etmək üçün Rusiya ilə münasibətlərə yenidən baxacağını bəyan edib. Rəsmi Budapeştin "Rusiya üçün qapını bağlayırıq" açıqlaması uzun illər Kremllə yaxın münasibətləri ilə seçilən Macarıstanın siyasətində mümkün dönüşün anonsu kimi qiymətləndirilir. Və əgər, bu kurs davamlı xarakter alarsa, onda, Rusiya Avropa Birliyi daxilində daha bir önəmli tərəfdaşını itirmiş olacaq.

Bütün bunlara paralel olaraq, Rusiya isə hazırda siyasi-diplomatik müstəvidə əsas diqqətini məhz Türkiyəyə yönəltmiş kimi görünür. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kreml rəsmi Ankaranın Qara dənizdə Türkiyə gəmilərinə qarşı Ukraynanın hücumlarına sərt siyasi qiymət verəcəyinə ümid edir. Bu açıqlama Kreml üçün Türkiyənin həm NATO üzvü, həm də Rusiya ilə siyasi dialoqu qoruyan nadir dövlətlərdən biri kimi, xüsusi önəm daşıdığını göstərir. Çünki Kreml hesab edir ki, Türkiyə regiondakı hərbi-siyasi balansın qorunmasında həlledici təsir imkanlarına malikdir. Və eyni zamanda, Rusiya bu mövqeyi ilə Türkiyənin Ukrayna ilə münasibətlərinin korlanmasında maraqlı olduğunu da biruzə verir.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin isə kollektiv Qərbə və Ukraynaya yönəlik ən sərt mesajlarla diqqəti çəkib. O, bildirib ki, Rusiyaya endirilən bütün hərbi zərbələrə "güzgü prinsipi" ilə reaksiya veriləcək, ancaq cavab bir neçə dəfə daha güclü olacaq. Rusiya liderinin fikrincə, qarşı tərəf – kollektiv Qərb və Ukrayna artıq bu cavabların ağırlığını hiss edir, gələcəkdə isə onların miqyası daha da genişlənəcək. Və Rusiya prezidentinin bu mesajı Kremlin yaxın perspektivdə hərbi eskalasiyanı davam etdirmək niyyətindən hələlik geri çəkilmədiyini də göstərir.

Göründüyü kimi, Ukrayna müharibəsi artıq yalnız iki dövlət arasında davam edən silahlı münaqişə deyil. Çünki dünyanın avanqard güc mərkəzləri bu hərbi qarşıdurma üzərindən öz geopolitik maraqlarını formalaşdırır. Yəni, qlobal məkanda yeni ittifaqlar yaranır, köhnə hərbi-siyasi balanslar tədricən dəyişir və iqtisadi alətlər isə gələcəyə yönəlik hərbi strategiyaların ayrılmaz tərkib hissəsinə çevrilir.

Belə anlaşılır ki, kollektiv Qərb Ukraynanı uzunmüddətli perspektivdə Rusiyaya qarşı dayanıqlı yeni hərbi gücə çevirməyə çalışır. Rusiya isə bunun qarşılığında həm hərbi imkanlarını genişləndirməyə, həm də siyasi-diplomatik dəstək dairəsini qorumağa çalışır. Bütün bunlara paralel olaraq, yaxın aylarda beynəlxalq münasibətlər sisteminin daha mürəkkəb və daha gərgin mərhələyə daxil ola biləcəyi də qətiyyən istisna deyil. Çünki Ukrayna savaşı artıq yalnız regional təhlükəsizliyə deyil, Avropa, Yaxın Şərq və Asiyanın geopolitik gələcəyinə də birbaşa təsir göstərən geostrateji faktora çevrilməkdə davam edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Bu gün, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Bu gün, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Bu gün, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Bu gün, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Bu gün, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Bu gün, 16:04
Expressbankda yeni təyinat - DOSYE
Bu gün, 16:03
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Bu gün, 15:58
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Bu gün, 15:53
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Bu gün, 15:45
Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Bu gün, 15:34
Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Bu gün, 15:26
Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Bu gün, 15:18
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri AÇIQLANDI
Bu gün, 15:15
CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib - Bakı vaxtı ilə...
Bu gün, 15:04
Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur - KİV
Bu gün, 15:02
Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb
Bu gün, 14:30
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 14:26
“Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” - Şəmil Sadiqdən qalmaqallı açıqlama
Bu gün, 14:23
Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış - TƏFƏRRÜAT
Bu gün, 14:19
Hüseyndən Zaur Kamala: - "Pulumu qaytar, 1500 manat..."
Bu gün, 14:09
Zaur Kamaldan dələduzluq xəbərdarlığı - "Oğlumun adından..."
Bu gün, 14:08
Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 14:05
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 14:03
Qaqauz Yerində gərginlik böyüyür: - Türk Dünyası Gənclər Birliyindən Moldovaya sərt ittihamlar
Bu gün, 13:14
AZAL brendinin yeni vizual manifesti təqdim edilib
Bu gün, 13:12
Qadağa aradan qaldırıldı: - Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı
Bu gün, 12:19
Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək
Bu gün, 12:11
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
Bu gün, 12:10
214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Bu gün, 11:55
"Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... - Ruslar köhnə ampluada...
Bu gün, 11:54
“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49
Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41
"Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26
"Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24
Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı - TƏFƏRRÜAT
Bu gün, 11:23
Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir - Çəyirtkələr, bit-birə sakinləri bezdirib
Bu gün, 11:06
“Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” - ŞƏRH
Bu gün, 11:04
Silahlı “Artsax” batalyonu Putinin əmrində - Kreml separatçıları "PASLANMAĞA" qoymur...
Bu gün, 11:00
İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər - AÇIQLAMA
Bu gün, 10:57
Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi - IRIB
Bu gün, 10:42
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:40
“11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” – Taleh Yüzbəyovdan açıqlama
Bu gün, 10:35
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" - deputat
Bu gün, 10:33
Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? - AKTUAL
Bu gün, 10:32
“Belə avtomobillərlə heç yerə getmərəm...” - Zatən belə avtomobillər də adamı harasa aparmır...
Bu gün, 10:17
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:57
"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." - AXI NİYƏ?
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru