Ukrayna hərbçiləri iyulun 12-də Rusiyanın Samara vilayətinin Sızran şəhərindəki neft emalı zavoduna PUA-larla hücum ediblər. Vilayət qubernatoru Vyaçeslav Fedorişev sənaye müəssisələrinə hücumu təsdiq edib və yaşayış binalarının zərər gördüyünü deyib. O, hücum nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığını yazıb.
"DİA-AZ" xəbər verir ki, ASTRA Telegram kanalı isə Ukraynanın hücumlarından sonra Sızrandakı neft emalı zavodunda yanğının başladığını yazıb.
Sızran neft emalı zavodu “Rosneft”ə aiddir. O, ölkənin ən böyük neft emal müəssisələrindən hesab edilir.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə iyulun 12-də Azov dənizindən tankerin Ukrayna ordusunun hücumuna mərz qaldığını açıqlayıb. Ukrayna Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) isə sonra bir həftə ərzində Azov dənizində 90 Rusiya gəmisi vurduqlarını, bunun 14-nün son gecənin payına düşdüyünü deyib.
Təkcə Ukrayna yox, Rusiya ordusu da iyulun 12-də Ukrayna şəhərlərinə hücum edib. Rusiya ordusunun Xerson vilayətindəki hücumu nəticəsində 1 nəfər ölümcül yaralanıb, daha iki nəfərin yarası isə həyati təhlükə yaratmayıb. Xersonda Rusiya ordusu həmçinin avtobusa və avtobus dayanacağına da zərbə endiriblər. Nəticədə azı 5 nəfərin yaralandığı bildirilir.







