“Sədr seçkisi ilə əlaqədar konfransın may ayının sonuncu tarixlərində keçirilməsi qərara alındı”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli İsa Cabbarov İttifaqın bu gün keçirilən İdarə Heyətinin iclasının yekunlarından danışarkən deyib.
Onun sözlərinə görə, konfransın dəqiq keçiriləcəyi tarix məkan hazırlığı başa çatdıqdan sonra müəyyənləşdiriləcək:
“İdarə Heyəti konfransa iki namizədlə getməyi qərara alıb. Namizədlərin adları konfransda açıqlanacaq”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da Memorial Xəstəxanada vəfat edib. Bu gün mərhumun 40 mərasimi keçirilir.









