"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                     Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir .....                     "Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                     44 günlük müharibənin generallarından birinə yeni ittiham .....                     Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir .....                 

Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Tarix: 8-05-2026, 12:24 | Çap et

İTV baş direktorluğuna namizəd Taleh Şahsuvarlı sosial şəbəkədə öz platformasını açıqlayıb. Qaynarinfo "Azərbaycanlı missiyası İTV-yə necə daşınmalıdır?" adlı bu yazını oxucularına təqdim edir:
""İctimai yayım" Azərbaycanda uzun illər ancaq "televiziya və radio kanalı” kimi qəbul edilib. Yayım xidmətinin hətta bir zamanlar başqa media quruluşundan idarə olunması barədə iddialar da səslənib. Nəticədə qurum "mexaniki idarəetmə” məntiqi ilə öz əsas missiyasından uzaqlaşıb. Keçmişi təftiş etmək istəmirəm. Fəqət indi dünya da dəyişib, Azərbaycan da. İkinci Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra yeni milli hədəflərimiz formalaşır. Azərbaycan Cənubi Qafqazın lider dövlətindən Yaxın Şərqin orta gücünə çevrilir. Bütün bunlar qəti şəkildə sövq edir ki, Azərbaycanın ictimai düşüncə müəssisəsinin aynası olmalı olan efirlə "menecer” kimi təqdim olunan, torpağın hənirini duymamış, milli tərəqqi prosesinin paradiqmalarını mənimsəməmiş, dövlətçilik ənənələrimizin məğzini dərk etməyən, ictimai şüurun tarixi hafizəsi ilə müasir dinamikası arasında balans qurmaq imkanından məhrum olan tiplər arasındakı kəskin ziddiyyətlər palazın altına qoyulmasın. Çünki biz indi başqa bir savaşın- qlobal informasiya müharibəsinin içindəyik. Reallıqlar bizi tamamilə fərqli parametrlərə- strateji düşüncəyə, ideoloji hazırlığa və milli kommunikasiya modelinə uyğunluğa- baxmağa vadar edir. Əlahəzrət zamanın bu gün bizə əsas tapşırığı bir televiziyanı sıradan kadr resursları mütəxəssisi, yaxud hansısa xarici ölkə universitetindən sertifikat almış "peşəkar mühasib” kimi idarə etmək deyil.
Əsas sual budur: rəqəmsal informasiya savaşlarının yeni mərhələsində Azərbaycanlı missiyası İctimai teleradioya necə daşınacaq? Bu sual İctimai yayımı dövlətin strateji kommunikasiya platforması, milli düşüncə məkanı və informasiya təhlükəsizliyi institutu kimi nəzərdən keçirməyin aktuallığını üzə çıxarır. Bəs, bu aktuallıq qarşısında "Düşünən Azərbaycanlı” kimdir? Müəyyən bir tərif verməli olsaq, "DÜŞÜNƏN AZƏRBAYCANLI- öz vətəninə, xalqına, dövlətinə güclü aidiyyət bağı olan, milli maraqları düzgün ayırd edə bilən, rəqəmsal manipulyasiyaların təsirinə düşməyən, dünyanı anlayan, analitik düşünən, texnologiya ilə işləməyi bacaran, Azərbaycanı sivil dünyanın bir parçası olaraq görən, sekulyar baxış və hüquq şüuru ilə tərəqqi prosesinə töhfə verən insan modelidir. O, həm də Azərbaycanın yeni vətəndaş obrazıdır. İctimai yayım məhz bu obraza fokuslanaraq yeni mərhələyə keçməlidir.
Gəlin, səmimi, obyektiv və rasional düşünək: Azərbaycan insanı çağımızın informasiya xaosu içində öz ictimai yayımından intellektual dəstək almasa, onun vətəndaş oriyentasiyası kənar ideoloji təzyiqlərə nə qədər davam gətirəcək?
Ona görə də, mən İctimai teleradionun baş direktorluğuna namizəd olaraq:
✅ Təkcə efir yox- ictimai düşüncə məkanı;
✅ Sensasiya yox- analitik baxış;
✅ Populizm yox- dövlətçilik məsuliyyəti;
✅ Kütlə psixologiyası yox- ictimai intellekt;
✅ Formal yayım yox- Azərbaycanlı missiyası üzərində düşünməyi təklif edirəm.
İctimai yayım bazar televiziyası deyil. Heç ticarət şirkəti də deyil. Onun əsas məqsədi ictimai rəyin keyfiyyətini yüksəltməkdir. Bu keyfiyyət yüksəlişinə:
⬆️ Milli kimliyin, Azərbaycan dövlətçiliyinin tarixi və strateji məzmununun təqdimatı;
⬆️ Elmi populyarlaşdıran, çağdaş dünyagörüşü təşviq edən maarifləndirici layihələr;
⬆️ Süni intellekt, texnologiya, informasiya təhlükəsizliyi və media savadlılığı mövzularının işıqlandırılması;
⬆️ İctimai müxtəlifliyin balanslı təmsilçiliyi;
⬆️ Analitik verilişlər, yeni nəsil sənədli filmlər və digər intellektual kontent vasitəsilə nail olunacaq.
Bu missiyanın ikinci istiqaməti isə, mənim konseptual baxışıma görə, efir mədəniyyətidir.
İctimai yayım cəmiyyətin zövqünü formalaşdıran əsas platformadır. Tamaşaçının gözü və qulağı efirdə dincəlməli, amma düşüncəsi koralmamalıdır. Aqressiv, yaxud yekcins müzakirələr, səviyyəsiz səhər, populist axşam söhbətləri ictimai yayım modelinə uyğun deyil. İTV mənim nəzərimdə peşəkar üslubun və müasir estetik düşüncənin qovşağıdır.
Üçüncü istiqamət rəqəmsal transformasiyadır.
Yeni nəsil cihazlar klassik televizor baxışını böyük ölçüdə sosial platformalara köçürüb. İTV auditoriyasını yalnız klassik cihazlar vasitəsi ilə müəyyənləşdirə bilməz. Rəqəmsal yayım, süni intellekt alətləri, data analitikası və sosial platformalar ictimai yayımın əsas fəaliyyət istiqamətlərindən birinə çevriləcək. İctimai yayımın həm texnoloji, həm də intellektual resursları sayəsində Azərbaycan cəmiyyətinin ictimai şüuru istənilən basqı qarşısına hazır çıxacaq.
Bütün bunlar bir daha təşviq edir ki, diqqətimiz bu günlərdə mediada tez-tez başlığa çıxarılan "İTV-nin yeni rəhbəri kim olacaq" sualından ötəyə köklənsin.
Əzizlərim, bəlkə, sualı belə qoyaq: İctimai Televiziya hansı missiyanın güzgüsü olacaq?
Mən öz namizədliyimi irəl sürməklə, əslində, bu suala cavabımı təklif etmişəm: Azərbaycanlı missiyasının!"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Dünən, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Dünən, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Dünən, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Dünən, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47
Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Dünən, 12:41
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru