“İrəvan sakinləri iyunun 7-də keçiriləcək parlament seçkilərində sülhün davam etməsinə səs verməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu İrəvan meri Tiqran Avinyan Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası çərçivəsində Malatiya-Sebastiya rayonunda seçicilərlə görüşündə deyib.
“Biz sülh içində, perspektivli mühitdə böyüməliyik. Ən vacibi isə odur ki, uşaqlarımız gələcəklərini yalnız özlərinin müəyyən edəcəyi və başqa heç kimin buna təsir göstərə biləyəcəyi mühitdə böyüsünlər. Buna görə də iyunun 7-də seçki məntəqəsinə gedərək hamımız sülhümüzə sahib çıxacağıq. Ey İrəvan, sülhə sahib çıx”, - mer vurğulayıb.









