"Heç kəsin fikri mənim üçün önəmli deyi" .....                     “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” .....                     Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər .....                     Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış .....                     Qəzənfər Paşayevin qızından maraqlı jest .....                     Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... .....                     Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb .....                     “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub .....                     Məhkəmə hakimləri üçün əba alınır .....                     Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu .....                     Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır .....                     Biləcəridə qanun hərləyən KİMDİR Kİ... .....                     “Bosniya qəssabı” Ratko Mladiç ölüb .....                     TƏBİB rəhbəri baş həkimi işdən azad etdi .....                     Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı .....                     Ermənilər SSRİ-ni unudurlar .....                     Ermənistan Azərbaycana müharibə elan edir? .....                     İrəvan İrana qarşı sanksiyalara qoşulur? .....                     Nərimanov Tibb Mərkəzində narazılıq .....                     Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib .....                     “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” .....                     Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi .....                     Ruslar Azərbaycana axışır .....                     Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə .....                     Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb .....                     Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU .....                     Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" .....                     Bakıda evli qadını şantaj edən şəxs .....                     Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı .....                     İcra başçısının atası Bakıda dava etdi .....                     Paşinyanın bu strategiyası doğrudur... .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır .....                     “OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb .....                     1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti - Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Tarix: 8-05-2026, 17:46 | Çap et

2024-cü ilin 5 iyun tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi böyük pafosla bir elan yaydı. Elanda bildirilirdi ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali üçün QHT-lərin “səyyar xidmətləri” layihəsinə başlanılır. Tibbi xidmətlərdən tutmuş psixoloji dəstəyə, fiziki məhdudiyyətli uşaqlarla işdən mina təhlükəsi ilə bağlı maarifləndirməyə qədər geniş fəaliyyətlər vəd olunurdu. Hətta QHT nümayəndələrinin nəqliyyat, qidalanma və gecələmə xərclərinin qarşılanacağı da xüsusi vurğulanırdı.

 Kağız üzərində hər şey gözəl görünürdü. Dövlət qurumu özünü həssas qrupların yanında göstərir, Qarabağa qayıdış prosesində “aktiv iştirak” görüntüsü yaradırdı. Amma aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortada nə nəticə var, nə hesabat, nə də ictimaiyyətə təqdim edilən konkret fəaliyyət. Agentliyin rəsmi hesabatlarında belə bu təşəbbüslə bağlı ciddi bir məlumat yoxdur. Nə qədər QHT cəlb edildi? Hansı xidmətlər göstərildi? Hansı kənd və şəhərlərdə fəaliyyət oldu? Neçə şəhid ailəsi, neçə uşaq, neçə köçkün bu xidmətlərdən yararlandı? Bu sualların heç birinə cavab yoxdur.

Bu isə çox ciddi məsələdir. Çünki burada söhbət adi bir layihədən getmir. Burada işğaldan azad olunmuş ərazilərdən, illərlə əziyyət çəkmiş insanlardan, şəhid ailələrindən, həssas qruplardan danışılır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu mövzuları ictimai rəğbət və reklam alətinə çevirməməlidir. Əgər elan verilirsə, nəticə də olmalıdır. Əgər dövlət vəsaiti ayrılırsa, ictimai hesabatlılıq da təmin edilməlidir. Əks halda, bu, sadəcə ucuz PR kampaniyası təsiri bağışlayır.

Ən utancverici məqam isə budur ki, Qarabağ kimi həssas və milli məsuliyyət tələb edən bir mövzu “fəaliyyət görüntüsü” yaratmaq üçün istifadə edilir. İnsanlarda belə təsəvvür yaradılır ki, guya böyük sosial proqram həyata keçirilir, amma sonradan məlum olur ki, ortada nə şəffaflıq var, nə hesabat, nə də nəticə. Dövlət qurumu reklam xarakterli elan yayır, öz media subyektləri bunu tirajlayır, rəsmi saytlar paylaşır, amma 2 ildir məsələ unudulur. Üstəlik, bu Agentliyin ilk belə qalmaqallı və şübhəli təşəbbüsü deyil: 2022-ci ildə də “Heydər Əliyevin Şuşa sevgisi” adlı layihə böyük təqdimatlarla elan edilmişdi. Amma sonradan məlum oldu ki, layihə faktiki olaraq həyata keçirilməyib. Agentliyin icraçı direktoru Aygün Əliyeva 35 min manatlıq tədbiri kağız üzərində icra edilmiş kimi rəsmiləşdirib, daxili hesabatlara isə montaj olunmuş fotolar əlavə edərək maliyyə yoxlaması aparan qurumları məharətlə aldada bilib. Ən dəhşətlisi isə budur ki, ortada ciddi faktlar olduğu halda heç bir ciddi məsuliyyət tədbiri görülmədi. Əksinə, cəzasızlıq mühiti formalaşdırıldı və nəticədə daha böyük layihələrin, daha həssas mövzuların və hətta Ümummilli lider Heydər Əliyevin adının belə PR və saxta hesabat mexanizmlərinə çevrilməsinə şərait yaradıldı.

Bu artıq təkcə səriştəsizlik və ya uğursuz idarəçilik məsələsi deyil. Bu, dövlət resurslarının, milli dəyərlərin və ictimai həssaslığın manipulyasiya predmetinə çevrilməsi barədə çox ciddi suallar yaradır. Qarabağ, şəhid ailələri, məcburi köçkünlər, fiziki məhdudiyyətli uşaqlar və hətta Ulu öndər Heydər Əliyev irsi üzərindən reklam qurmaq, sonra isə ortada heç bir real nəticə təqdim etməmək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün utanc olmalıdır.

Əgər icra edilməyəcəkdisə, niyə elan verilirdi? Dövlət qurumunun əsas vəzifəsi görüntü yaratmaq deyil, real iş görməkdir. Xüsusilə də söhbət həssas qruplardan və Qarabağa qayıdış prosesindən gedirsə... Bu cür yarımçıq və nəticəsiz təşəbbüslər həm dövlət idarəçiliyinə inamı zədələyir, həm də həqiqətən fəaliyyət göstərmək istəyən QHT-lərin nüfuzuna zərbə vurur.

"Yenixeberorg" olaraq xatırladaq ki, daha təhlükəlisi isə budur ki, bu artıq sistemli yanaşmaya bənzəyir. Təmtəraqlı elanlar verilir, emosional və pafoslu mətnlər yazılır, “tarixi proses”, “şanlı qayıdış”, “həssas qruplara xidmət” kimi ifadələr ön plana çıxarılır, amma sonra nəticə görünmür. Dövlət qurumunun fəaliyyəti reklam üzərində qurulmamalıdır. Ortada nəticə yoxdursa, bu cür elanlar ictimaiyyəti aldatmaqdan başqa bir məna daşımır.

Qarabağ mövzusu reklam vitrini olmamalıdır. Şəhid ailələrinin, məcburi köçkünlərin, fiziki məhdudiyyətli uşaqların adı isə heç bir halda PR məqsədilə istifadə olunmamalıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəzifəsi öz rəhbərliyinin imicini formalaşdırmaq deyil, vətəndaşa real xidmət göstərməkdir.

Yenixeberorg.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Bu gün, 18:09
“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Bu gün, 18:01
Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Bu gün, 17:59
Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Bu gün, 17:57
Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Bu gün, 17:47
Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Bu gün, 17:42
Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:36
“BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Bu gün, 17:34
Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Bu gün, 17:30
Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Bu gün, 17:24
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Bu gün, 17:20
Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Bu gün, 16:57
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
Bu gün, 16:44
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Bu gün, 16:42
Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Bu gün, 16:40
Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Bu gün, 16:22
Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Bu gün, 16:21
İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Bu gün, 16:20
Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Bu gün, 16:17
Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 16:13
“Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Bu gün, 16:09
Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Bu gün, 16:02
Ruslar Azərbaycana axışır – səbəb nədir?
Bu gün, 15:59
Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Bu gün, 15:36
Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Bu gün, 15:34
Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Bu gün, 15:19
Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Bu gün, 15:16
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Bu gün, 15:04
Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Bu gün, 14:58
İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:51
Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:46
Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Bu gün, 14:40
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Bu gün, 14:39
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru