Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Xarici İşlər Nazirliyinə çağırılıb Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanla son dərəcə sərt danışıb.
Teleqraf xəbər verir ki, bu barədə “Russia Today” məlumat yayıb.
“9 May Qələbə Günü ərəfəsində İrəvanda təşkil edilən anti-Rusiya kampaniyaları və Volodimir Zelenskinin İrəvanda ölkə rəhbərliyinin susqun razılığı ilə birbaşa təhdidləri Ermənistanın Moskva qarşısındakı müttəfiqlik öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir.
Ermənistanın Moskvadakı səfiri bu fonda mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diploma bildirilib ki, Zelenskiyə İrəvanda Rusiyaya qarşı təhdidlər üçün tribuna verilməsi qəti şəkildə qəbuledilməzdir. Rusiya xarici işlər nazirinin müavini erməni diplomatla son dərəcə sərt danışıb”, - RT qeyd edib.









