Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası kampaniyasına Sünik bölgəsindən (Qərbi Zəngəzur – red.) başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın rəhbəri, Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir bu gün komandası ilə Sünikə səfər edib.
Xatırladaq ki, Ermənistanda 7 iyun parlament seçkiləri ilə bağlı kampaniya bu gün start götürüb.









