Bağlandığı iddia olunan Könül Muxtarovanın “Sevilən səhər” verilişi yenidən mavi ekrana qayıdıb.
Veriliş “Space” TV ekranlarında hazırda canlı olaraq yayımlanır.
Aparıcı bildirib ki, veriliş yaranan texniki nasazlıqlar ucbatından təkrar yayımlanırdı. Lakin bu gündən hər şey əvvəlki qaydada davam edəcək.
Ötən həftə “Sevilən səhər” verilişinin bağlandığı bildirilmişdi.
“Yeni Sabah”










