Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana gedib.
Publika.az xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistan Milli Məclisinin vitse-spikeri və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi elçisi Ruben Rubinyan qarşılayıb.
Yılmaz Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib.
8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı mayın 4-də İrəvanda "Gələcəyin Qurulması: Avropada Birlik və Dözümlülük" mövzusu altında keçirilir.
Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada keçirilib.










