"Şikayətim "Access bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elnarə Bəylərova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Deməli, 2024 -cü ildə kredit götürmüşdüm bu bankdan. Kredit götürərkən 11.9 faizlə verildiyini dedilər. Götürdükdən sonra 21 faizlə hesablandığını proqramda gördüm.
Və dünən tamamilə krediti bağlamaq istədim. Məndən bundan sonraki iki ayın faizini istədilər. "1 il tez bağlayıram axı niyə ödəməliyəm" deyə etiraz etdikdə dedilər ki, proses belədi, ödəməsəniz... bağlaya bilməzsiniz.
Bir sözlə... bu bankdan kredit götürərkən daha diqqətli olun..."









