Azərbaycanın ən böyük pambıq istehsalçısı olan «Prime Cotton»un rəhbərliyində dəyişiklik var.
"DİA-AZ" xəbər verir ki, “Prime Cotton”un Baş icraçı direktoru Rövşən Mahmudov işdən azad edilib.
Xatırladaq ki, R.Mahmudov bu vəzifədə 2 ildən az müddətdə çalışıb. Rövşən Mahmudov "Prime Cotton" MMC-nin (əvvəlki MKT İstehsalat Kommersiya) Baş İcraçı Direktoru (CEO) vəzifəsinə 2024-cü ilin iyun ayından etibarən təyin edilmişdi. «Prime Cotton» şirkəti "GP Cotton Holdings" in tərkibinə daxildir.
Qeydd edək ki, Rövşən Mahmudov bu vəzifədə əvvəllər 6 il çalışmış Rövşən Həsənovu əvəz edib.
Hazırda «Prime Cotton»a hələlik rəhbər təyin edilməyib, baş direktor vəzifəsini şirkətin satış direktoru Tural Əlizadə icra edir.
Xatırladaq ki, «Prime Cotton» Azərbaycanın ən böyük pambıqçılıq şirkətidir. Şirkət ölkənin 10-dan artıq bölgəsində, 40 min hektardan artıq sahədə pambıq becərilməsi və emalı ilə məşğuldur. Şirkətin 3 mindən artıq əməkdaşı var və o 7 mindən artıq fermerlə əməkdaşlıq edir.








