Yunanıstanın Ukraynadan pilotsuz dəniz aparatı (USV) alması, Kiyevin Türkiyə ilə bağlı şərt qoyması səbəbindən dayanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin noyabr ayında Ukrayna ilə Yunanıstan arasında USV istehsalı ilə bağlı imzalanmış müqavilə çərçivəsində davam edən danışıqlarda Ukraynanın gəmilərin istifadəsində söz sahibi olmasını tələb etməsi problem yaradıb.
Yunanıstan hesab edir ki, bu problemin səbəbi Türkiyədir. İddiaya görə, bu gəmilərin Türkiyəyə qarşı istifadə edilməsi ehtimalı Ukraynanı narahat edir.










