Bir vaxtlar “türk olmaq və Türkiyə millisində oynamaq istərdim” deyən “Qalatasaray”ın sabiq futbolçusu Markao İspaniya vətəndaşlığını qəbul edib.
Musavat.com xəbər verir ki, braziliyalı müdafiəçi Markao Türkiyədə çıxış etdiyi dövrdə ölkəyə və kluba olan sevgisini dəfələrlə dilə gətirib.
29 yaşlı futbolçu 2022-ci ilin avqustundan etibarən karyerasını İspaniyanın “Sevilya” klubunda davam etdirir.
Klub rəsmi açıqlamasında bildirib ki, Markao ikili vətəndaşlıq almaq üçün bütün prosedurları tamamlayıb və İspaniya vətəndaşlığını əldə edib. Bununla o, həm Braziliya, həm də İspaniya vətəndaşı statusu qazanıb.









