Müasir musiqi səhnəsində öz dəsti-xətti ilə seçilən, hazırda ABŞ-da yaşayan azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi və ən nəhayət şair Orxan Zeynallıdan xəbər var.
"DİA-AZ" bu barədə sənətçinin özünə istinadən xəbər verir ki, 22 mart tarixində Nyu Yorkda, 26 mart tarixində isə San Fransiskoda konsertləri baş tutan Orxan Zeynallı yerli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Bu barədə onun özü belə deyir:
"Hər iki şəhərdə yüzlərlə dinləyici ilə birgə çox gözəl vaxt keçirdik. Fərqli şəhərlərdən, ştatlardan saatlarla yol qət edib gələnlər var idi. Bu sevgi və dəstəyə görə nə qədər təşəkkür etsəm azdır. Növbəti dayanacaq, Berlin!"









