"Şikayətim "Ailenet" internet provayderdəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Hər külək, yağış olan kimi internet kəsilir. Dəstək 24/7 ancaq operator olur və ancaq müraciətləri qəbul edir. Saat 18.05-də internet kəsilsə, səhərə qədər məcbur gözləmliyik. Və dərd də orasındadı, ki, problemi aradan qaldırmırlar. Növbəti dəfə külək əsəndə və ya yağış yağanda eyni şey olur. Neçə provayderlə işləmişəm, hələ belə şeylə rastlaşmamışam. Heç kəsə məsləhət görmürəm. Özüm də provayderi dəyişəcəm..."









