ABŞ-nin Vitse-prezidenti Jey Di Vens ABŞ administrasiyasının uçan naməlum obyektlər (UNO) və yerdənkənar həyat formaları ilə bağlı sənədlərini nəzərdən keçirmək planlarını açıqlayıb.
Publika.az-ın məlumatına görə, o, bu açıqlamanı jurnalist Benni Consona müsahibəsində verib.
"Vitse-prezident vəzifəsində hələ üç ilim qalıb və UNO sənədlərinin mahiyyətini anlayacağam", - o qeyd edib.
Vens artıq bəzi materialları nəzərdən keçirdiyini, lakin bunun qəti fikir formalaşdırmaq üçün kifayət olmadığını bildirib.
Jey Di Vens həmçinin əlavə edib ki, onun fikrincə, yadplanetlilər "demonlar"(cin, şeytan-red.) ola bilər.









