Ramiz Mehdiyevin FHN-də müavin olan oğlu NƏ OLACAQ: Kəmaləddin Heydərov da bilmir .....                     İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür .....                     Ramiz Mehdiyev ev dustaqlığında: qanun nələrə icazə verir, nələri qadağan edir? .....                     “Ad günü” filminin gürcü qəhrəmanı “Sənətkar” medalı ilə təltif edilib .....                     Yaxın Şərqdə sülh: Çox kövrək olacaq? .....                     Ramiz Mehdiyevin həbsi: ÖZÜ İLƏ KİMİ APARIR? .....                     Ramiz Mehdiyevə ömürlük verilir? .....                     Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI .....                     Mehdiyev dəhşətli cinayətlərdə ittiham olunur .....                     Ramiz Mehdiyev həbs edildi .....                     DOST Agentliyində yeni təyinat həyata keçirilib .....                     "Xalq Bank"ın xalis mənfəəti 5 %-ə yaxın azalıb .....                     Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifət cəbhəsi parçalayır .....                     Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək .....                     Əliyev-Makron görüşündə ilginc detal: .....                     ATƏT sədri sülhə görə Nikol Paşinyanı təbrik etdi .....                     İlin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür .....                     "Domino's Pizza"nın qazancı azaldı .....                     Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb .....                     374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub .....                     İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər” .....                     Rusiyanın Qafqazda məğlubiyyətinin səbəbləri .....                     DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı .....                     Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı .....                     Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı .....                     40 min ölüm, 64 min doğum, 2152 əkiz, 78 üçəm... .....                     “Eşidir, görür, amma danışa bilmir” .....                     Məktəbdə döyülən şagirdin atası danışdı .....                     Guya ATƏT var idi ki? .....                     “Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” .....                     Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. .....                     Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” .....                     Əhali dərmana niyə 1 milyard manat xərcləyib? .....                     "Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" .....                     TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı .....                     Rusiyanı NATO-suz da uda bilərik .....                     “Premium Bank”da yeni təyinat .....                     RabitəBank İFLAS HƏDDİNDƏ... .....                     “Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb .....                     «Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB .....                 

Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək - BELƏ HARA GEDİRİK?
Tarix: Dünən, 17:56 | Çap et

Nazirlər Kabineti Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayına məhdudiyyət qoyub.

Yeni qərara əsasən, Bakı şəhərində bu icazələrin sayı 25 000-lə məhdudlaşdırılır. Bu addım avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, eyni zamanda şəhər nəqliyyatında sərnişin axınının tənzimlənməsi məqsədi daşıyır.

Qərara əsasən, icazə əlavələri yalnız mövcud qanunvericilik, o cümlədən “Lisenziyalar və icazələr haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlar və Rəqabət Məcəlləsinə uyğun şəkildə, növbəlilik prinsipi nəzərə alınmaqla təqdim olunacaq. Bildirilir ki, bu, icazələrin şəffaf və ədalətli şəkildə verilməsini təmin etməyə xidmət edir:

“Yeni məhdudiyyətlərin tətbiqi həm də bazarda rəqabəti tənzimləməyə, qeyri-rəsmi fəaliyyəti azaltmağa və şəhər nəqliyyatında idarəolunmanı artırmağa yönəlib”. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Son illər Azərbaycanda taksi xidmətində əhəmiyyətli yeniliklər tətbiq olunub. Tələblərə əsasən, 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin taksi fəaliyyəti göstərməsi tamamilə qadağan edilib.

Qanunvericiliyə görə, taksi kimi istifadə ediləcək nəqliyyat vasitələrinin yaşı maksimum 15 il ola bilər. Bundan başqa, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən şəxslər mütləq müvafiq dövlət imtahanından keçməlidirlər. Bu imtahan sürücülərə peşəkar fəaliyyət üçün icazə verən şəhadətnamənin alınması məqsədilə keçirilir.

Şəhadətnamə yalnız müəyyən edilən qaydalar əsasında verilir. Bakı şəhərində taksilərin sayına limit qoyularkən faktiki qeydiyyatda olan sakinlərin, yoxsa ümumi əhali sayının nəzərə alınacağı maraq doğurur. Çünki Bakıda faktiki əhalinin sayı qeydiyyatda olan əhalinin sayından çoxdur. Bu məqam da limit tətbiqi zamanı taksi çatışmazlığına səbəb ola bilər.

Məsələ geniş müzakirələrə səbəb olub və bir sıra suallar hələ də açıq qalır. Bu qərar qiymətlərə necə təsir edəcək ? Bu, həm də Rəqabət Məcəlləsinin pozulması demək deyilmi?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, bu məhdudiyyət bir neçə istiqamətdə təsir göstərə bilər:

“İcazələrin sayına limit qoyulması bazar təklifini azalda, bu isə tələb sabit qaldığı halda qiymətlərin artmasına gətirə bilər. Xüsusilə “Bolt”, “Uber”, “Maxim” kimi platformalar üzrə sürücü sayı azaldıqda, sifarişlər üçün rəqabət azalacaq, nəticədə sərnişinlər üçün gediş haqları arta bilər.

Digər tərəfdən, dövlətin məqsədi qeyri-leqal fəaliyyətin qarşısını almaq və keyfiyyətli xidmət standartlarını qorumaqdır, lakin bu, qısamüddətli dövrdə qiymət artımı riskini azalmır”.

Onun sözlərinə görə, bu qərar Rəqabət Məcəlləsinin ruhuna zidd ola bilər:

“Çünki bazara girişə inzibati məhdudiyyət qoyulması sərbəst rəqabətin qarşısını ala bilər. Əgər icazə sayı məhduddursa, yeni iştirakçılar bazara daxil ola bilməyəcək, bu isə monopol və ya oliqopol vəziyyət yarada bilər. Lakin hökumət qərarı “ictimai maraq” və “sərnişin təhlükəsizliyi” arqumenti ilə əsaslandırır, bu da qanunvericilikdə müəyyən istisna hallara daxildir”.

Ekspert qeyd edib ki, sürücülər üçün bir sıra çətinliklər yarana bilər:

“Yeni qaydalar qüvvəyə mindikdən sonra bəzi sürücülər icazə əldə edə bilməyəcəklər, bu da onların fəaliyyətini məhdudlaşdıra bilər. Əgər icazələr üçün növbə sistemi uzun çəkərsə və ya kvota dolarsa, bir çox sürücü qeyri-leqal fəaliyyətə yönəlmək riski ilə üzləşəcək. Bu halda həm vergi itkiləri, həm də idarəolunmaz “kölgə taksi bazarı” yarana bilər.

Yəni Nazirlər Kabinetinin qərarı nəqliyyat sektorunda keyfiyyətə nəzarəti artırmaq məqsədi daşısa da, bazarda rəqabətin azalması və qiymət artımı ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Hesab edirik ki, qərarın effektivliyi yalnız şəffaf icazə paylanması, rəqəmsal nəzarət mexanizmləri və alternativ ictimai nəqliyyatın gücləndirilməsi ilə təmin oluna bilər”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, məhdudiyyət o demək deyil ki, Bakı şəhərində 25 000 taksi sürücüsü olmalıdır:

“25 000 məhdudiyyət sürücülərə deyil, taksi kimi istismar olunan nəqliyyat vasitələrinə aiddir. Yəni bu, o demək deyil ki, Bakı şəhərində 25 000 taksi sürücüsü olmalıdır.

Qərar yalnız Bakı şəhəri üzrə tətbiq olunur, bu limitə Xırdalan, Abşeron, Sumqayıt və digər ətraf ərazilər daxil deyil. Sadəcə olaraq, il ərzində Bakı şəhərində 25 000 minik avtomobilinin taksi fəaliyyəti üçün istismarına icazə verilir”.

Onun sözlərinə görə, bir nəqliyyat vasitəsini bir neçə sürücü istismar edə bilər:

“Burada diqqət çəkən məqam odur ki, məhdudiyyət yalnız avtomobillərə aiddir, sürücülərə deyil. Bir nəqliyyat vasitəsini bir neçə sürücü istismar edə bilər.Müxtəlif saatlara görə rəqəm dəyişə bilər. Bu da o deməkdir ki, taksi sürücülərinin sayı 25 000-dən çox, hətta 50-100 min nəfər də ola bilər”.

Ekspert qeyd edib ki, qiymət artımı gözlənilmir:

“Bu qərardan sonra taksi sahəsində hər hansı kütləvi ixtisarlar və ya avtomobil sayının azaldılması prosesi gözlənilmir. Bu səbəbdən yaxın aylarda, ən azı ilin sonuna qədər taksi qiymətlərində kəskin artım baş verməyəcək. Qiymətlər əvvəlki qaydada sutkanın saatlarına, iqlim şəraitinə və tələbat səviyyəsinə uyğun olaraq dəyişməyə davam edəcək. Məlumdur ki, bayram və iş günlərində tələb az olduqda qiymətlər enə, hava şəraiti çətinləşdikdə, məsələn, qar yağan günlərdə isə arta bilər”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, taksi sayına məhdudiyyət tıxacın və şəhərdəki sıxlığın qarşısını ala bilər:

“İnsanları şəxsi maşından və taksidən çox, ictimai nəqliyyata yönəltməliyik. Taksi sayı azaldıqda müəyyən çətinliklər yarana, qiymətlər bir qədər qalxa bilər. Amma məsələ qiymətin qalxıb-qalxmaması deyil, yəni qiymət qalxmasın deyə tıxacda qalmağın da mənası yoxdur. Əsas məqsəd şəhərdəki sıxlığı azaltmaq, tıxacların qarşısını almaqdır.

Dünyanın bir çox ölkələrinin paytaxtlarında və iri şəhərlərində orta hesabla hər 1000 nəfərə 1 taksi düşür”.

Ekspert qeyd edib ki, 3 milyon əhalisi olan bir şəhərdə təxminən 3 000 taksi fəaliyyət göstərir:

“Bizdə isə əhalisi 3 milyon olan Bakı şəhərində 75 000-ə yaxın taksi var. İndi isə qəbul edilən qərara əsasən bu say 25 000-ə endirilir və bu rəqəm belə hələ yüksək hesab olunur. Yəni məqsəd heç də insanların rahat gedib-gəlməsinə maneə yaratmaq deyil.

Amma unutmayaq ki, tıxac olan yerdə rahatlıqdan söhbət gedə bilməz. Əksinə, taksi sayı həddindən artıq çox olduqda şəhərdə sıxlıq yaranır. Məqsəd isə ictimai nəqliyyatın işini optimallaşdırmaq, avtobus zolaqlarını tam şəkildə tətbiq etmək, avtobusların sayını artırmaq və mikromobilliyi inkişaf etdirməkdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin FHN-də müavin olan oğlu NƏ OLACAQ: Kəmaləddin Heydərov da bilmir - CAVABINI BİLƏN YOXDUR
Bu gün, 00:16
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
Bu gün, 00:07
Ramiz Mehdiyev ev dustaqlığında: qanun nələrə icazə verir, nələri qadağan edir? - DETALLAR
Dünən, 23:41
“Ad günü” filminin gürcü qəhrəmanı “Sənətkar” medalı ilə təltif edilib - FOTO
Dünən, 23:38
Yaxın Şərqdə sülh: Çox kövrək olacaq? - İNCƏLƏMƏ
Dünən, 23:25
Ramiz Mehdiyevin həbsi: ÖZÜ İLƏ KİMİ APARIR? - MƏSƏLƏ BÖYÜKDÜR...
Dünən, 23:12
Ramiz Mehdiyevə ömürlük verilir? – Sensasion detal üzə çıxdı
Dünən, 23:05
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI – DOSYE
Dünən, 22:43
Mehdiyev dəhşətli cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 22:40
Ramiz Mehdiyev həbs edildi - Bu MADDƏ İLƏ....
Dünən, 22:19
DOST Agentliyində yeni təyinat həyata keçirilib - ƏMR
Dünən, 22:17
"Xalq Bank"ın xalis mənfəəti 5 %-ə yaxın azalıb
Dünən, 18:07
Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifət cəbhəsi parçalayır -AÇIQLAMA
Dünən, 18:01
Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək - BELƏ HARA GEDİRİK?
Dünən, 17:56
Əliyev-Makron görüşündə ilginc detal: - Bakı əsas “silah”ından imtina edir?
Dünən, 17:52
ATƏT sədri sülhə görə Nikol Paşinyanı təbrik etdi
Dünən, 17:47
İlin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür - GƏLİŞMƏ
Dünən, 17:42
"Domino's Pizza"nın qazancı azaldı
Dünən, 17:38
Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb - TƏFƏRRÜAT
Dünən, 17:36
374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub
Dünən, 17:26
İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər” - TƏFƏRRÜAT
Dünən, 17:15
Rusiyanın Qafqazda məğlubiyyətinin səbəbləri - Kreml ideoloqu Burenkovun açıqlamaları
Dünən, 17:11
DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı - QƏRAR
Dünən, 17:01
Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı - Sərəncam
Dünən, 16:59
Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı – “Stadion xəstəlik və təhlükə mənbəyinə çevrilib...” (FOTO)
Dünən, 16:50
40 min ölüm, 64 min doğum, 2152 əkiz, 78 üçəm... - Bu ilin statistikası
Dünən, 16:36
“Eşidir, görür, amma danışa bilmir” – 6 ildir komadan çıxmayan Oqtay Gülalıyevin SON DURUMU
Dünən, 16:29
Məktəbdə döyülən şagirdin atası danışdı - “Huşu başından çıxana qədər döyüb, sonra da...”
Dünən, 16:27
Guya ATƏT var idi ki? - REAKSİYA
Dünən, 16:18
“Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” - AÇIQLAMA
Dünən, 16:17
Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. - Dövlət Gömrük Komitəsində kürsü savaşı
Dünən, 16:11
Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” - İLGİNC
Dünən, 16:06
Əhali dərmana niyə 1 milyard manat xərcləyib? - AKTUAL
Dünən, 15:56
"Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" - deputat
Dünən, 15:54
TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı - TƏFƏRRÜAT
Dünən, 15:46
Rusiyanı NATO-suz da uda bilərik - Poroşenko
Dünən, 15:43
“Premium Bank”da yeni təyinat - bu vəzifəyə...
Dünən, 15:41
RabitəBank İFLAS HƏDDİNDƏ... - Mənfəət yox... ZİYAN ARTIR...
Dünən, 15:38
“Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb
Dünən, 15:35
«Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB - BUNDAN SONRA...
Dünən, 15:33
Ruslar məşhur azərbaycanlı kəşfiyyatçını öldürdü - VİDEO
Dünən, 15:29
ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb, yeni tarix üzərində iş aparılır
Dünən, 15:26
Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı
Dünən, 15:23
Paşinyanın ƏSAS rəqibi azərbaycanlı olacaq? – Rusiya onu qabağa versə...
Dünən, 15:16
Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir... - ONA GÖRƏ DƏ...
Dünən, 15:11
Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir? - GÜNÜN SUALI...
Dünən, 15:07
Əliyevlə mühüm razılaşma: - Paşinyan Ermənistanda bu məsələyə nöqtə qoydu
Dünən, 15:05
Putin Tokayevlə telefon danışığı aparıb
Dünən, 13:08
Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” – Onlar niyə vuruşur?
Dünən, 13:02
Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb - Ermənistan xarici işlər naziri
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru