"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Orxan Hüseynovun səlahiyyət müddəti başa çatıb.
Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi "Banklarda korporativ idarəetmə Standartları"nın tələblərinə əsasən yeni sədr təyin olunana qədər onun səlahiyyətlərini Baş risk inzibatçısı Tural Həsənov icra edəcək.
O, bu vəzifəyə Bankın Müşahidə Şurasının qərarı ilə yenicə təyin olunub və Emil Ələkbərovu əvəz edib.
T.Həsənov uzun müddət tənzimləyici qurumda və bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, "Unibank" ASC-nin İH-nin üzvü və Baş risk inzibatçısı, ATB-nin idarəetməsində olduğu Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müşaviri olub.
report