Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
Bakupost.az xəbər verir ki, bu barədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu sosial şəbəkədə məlumat paylaşıb.
Məlumata görə, Faiq Faiq oğlu Şofel son illərdə Ukrayna ordusunun hücum-desant qüvvələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox döyüş əməliyyatlarında iştirak edib. O, oktyabrın 12-də həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub.
Şofelin atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna əsillidir.
Bildirilir ki, qəhrəman döyüşçü ilə vida mərasimi oktyabrın 16-da saat 10:00-da Odessadakı “Zabitlər evi”ndə keçiriləcək.
Kəşfiyyatçı daha sonra şəhər kənarındakı müsəlman qəbiristanlığında dəfn ediləcək.