“Ümid edirik ki, ATƏT platforması indi və gələcəkdə sülhün möhkəmləndirilməsinə töhfə verəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Elina Valtonen ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ATƏT sədrinin regiona səfəri tamamilə yeni şəraitdə, bölgə üçün əhəmiyyətli hadisənin - Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması fonunda baş verir.
Mirzoyan vurğulayıb ki, ATƏT öz vasitələri ilə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə xidmət edir:
“İndi sülh təmin edildikdən və ATƏT-in Minsk qrupunun ləğvinə başlanıldıqdan sonra bu reallıqlar Ermənistan-ATƏT əməkdaşlığı baxımından yeni imkanlar açır”.
O əlavə edib ki, yeni əməkdaşlıq üfüqlərini ortaya çıxarmaq lazımdır.
Ararat Mirzoyan xalqlar arasında düşmənçiliyin aradan qaldırılmasına da diqqət yetirməyin vacib olduğunu vurğulayıb.