“Qarabağ Taxıl” və “Biləsuvar Aqro” “Səba” ASC-yə qoşulacaq.
“Səba” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq noyabrın 18-nə təyin olunub.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. “Səba” ASC-nin yeni redaksiyada Nizamnaməsi haqqında;
2. “Səba” ASC-nin Direktorlar Şurası haqqında;
3. “Qarabağ Taxıl” MMC-nin (VÖEN: 5000268351) “Səba” ASC-yə qoşulması haqqında;
4. “Biləsuvar Aqro” MMC-nin (VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında;
5. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.
Xatırladaq ki, “Səba” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 575 732 manatdır. “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 484 612 manat təşkil edir.