Rəsmi Kiyev Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasını Ukrayna xalqına qarşı hörmətsizlikdə ittiham edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyininin (XİN) bəyanatında bildirilib.
XİN “Gürcü Arzusu”nun seçkiöncəsi reklamlarında Rusiya-Ukrayna müharibəsinin kadrlarından istifadə olunmasını qeyri-dost addımı adlandırıb.
“Bu cür addımlar Ukrayna xalqına və Rusiya təcavüzünün qurbanlarına hörmətsizlik nümayiş etdirir və Ukrayna cəmiyyətində haqlı hiddətə səbəb olur”, - bəyanatda deyilir.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ötən il baş tutmuş parlament seçkilərində olduğu kimi yerli seçkilər öncəsi də hazırladığı videoçarxlarda müharibə mövzusundan istifadə edib. “Müharibəyə yox!”, “Sülhü seç!” şüarlarının yer aldığı çarxda bir tərəfdə bombalanmış Ukrayna şəhərlərinin, digər tərəfdə isə Gürcüstanın abadlaşdırılmış tikililəri, parkları və yollarının təsvirləri göstərilir.