Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinə odun yanacaq vasitələri alır.
Pravda.az-ın xəbərinə görə, İdarə bunun üçün 263 907 AZN xərcləyəcək.
Satışı “Simplex” QSC həyata keçirəcək.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.