"AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.
Valyuta.az xəbər verir ki, 2024-cü ildə dövlət şirkətinin rəhbərliyinə ümumilikdə 3,03 milyon dollar və ya 5,15 milyon manat ödəniş edib.
Bu ödənişlərin 693 min dolları əmək haqları, 564 min dolları sosial sığorta ödəmələri, 1 milyon 773 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda "Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 2 milyon 466 min dollar və ya 4 milyon 192,2 min manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 19% və ya 666,4 min manat çoxdur. 2023-cü ildə bu rəqəm 2 milyon 74 min dollar və ya 3 milyon 525,8 min manat təşkil edib.
