Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi .....                     Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya .....                     345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM .....                     İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ... .....                     Suraxanı məhkəməsindən saxtakarlıq .....                     Ruslar cəbhədə yenidən irəliləyib .....                     Azərbaycanla Vaşinqton Sülh anlaşmasından sonra .....                     AHİK-də “yenilik” şousu və reallığın acı üzü .....                     "Defence Express” eksperti Azərbaycanın Ukraynaya silah verə bilmək qərarını dəyərləndirdi... .....                     FHN-in tabeliyində olan institut laboratoriya avadanlıqlarının profilaktikası xidmətinə .....                     "Qərar çıxarıblar ki, mən pul ödəməliyəm: Bunlar dələduzdur..." .....                     BİRBANK: Bir maraq var... o da bankın marağı... .....                     Bu institutlar birləşdirilir .....                     Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” .....                     8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi .....                     Rusiyadan Vaşinqton razılaşması ilə bağlı .....                     Paşinyan Zəngəzurla bağlı göstəriş verdi .....                     Suriya XİN rəhbəri bu gün Türkiyəyə səfər edəcək .....                     Zəhra Ərşadi İran XİN-in ABŞ ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub .....                     Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə .....                     Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı .....                     QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR .....                     Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? .....                     Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... .....                     Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... .....                     Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub .....                     Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir .....                     SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... .....                     Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... .....                     Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması .....                     Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz .....                     Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                 

Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 09:26 | Çap et

“Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir. Şərqi Avropa ölkələrində məhbusların sıxlığına görə birinci yeri Türkiyə tutur”. BBC-nin Azərbaycan xidmətinin məlumatına görə, Avropa Şurasının həbsxanalarla bağlı hesabatında belə deyilir.

Qeyd edək ki, Avropa Şurasının illik kriminal statistikası Avropa Həbsxana Statistikaları hesabatında dərc olunur. Bu hesabat digər məsələlərlə yanaşı, Avropa Şurasına üzv dövlətlərdə məhbusların sayı, habelə həbsxanalarda ölüm halları və həbsxana sistemlərinin digər aspektləri haqqında məlumat verir.

Avropa Şurasının İllik Cəza Statistikası - SPACE I adlı hesabatda deyilir ki, Azərbaycan əhalisinin təxminən 27 min nəfəri həbsdədir, onlardan 45 faizi narkotiklə əlaqədar həbs olunub. “Azərbaycan həbsxanalarındakı məhbusların az qala yarısı narkotik ittihamı ilə həbs olunub”- hesabatda deyilir.

Yada salaq ki, Azərbaycan ötən ilin yanvarından, yəni təxminən 20 aya yaxındır Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırıb. Buna səbəb AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi olub. Rəsmi Bakı bunu AŞPA-nın “qırmızı xətti keçməsi” kimi qiymətləndirib və bir neçə ay sonra Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən 76 deputatı “arzuolunmaz şəxs” elan edilib.

Rəsmi Bakı bu qurumla əlaqələri bərpa etməyi düşünmür, “hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan mövqe sərgiləməkdə” ittiham edir. “Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək”. Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bunun səbəbini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə izah edib.

“Nümayəndə heyəti assambleyanın iclaslarında iştirak etməsə və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hakimlərinin seçilməsinə səs verə bilməsə, bu məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarlar etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrumuq. Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik”, - İ. Əliyev qeyd edib.

Qeyd edək ki, Prezident bundan əvvəl də ölkəmizin Avropa Şurasından tamamilə çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi.

Göründüyü kimi, Avropa Şurası ilə bağlı məsələ hələ müəmmalı qalır. Azərbaycanın adının bu cür hesabatlarda mənfi kontekstdə hallandırmaqla, ümumiyyətlə,quruma qayıtmamasına şərait yaradırlar.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu, təkcə rəqəmlər toplusu deyil, həm hüquq-mühafizə siyasəti, həm də məhkəmə təcrübəsi üçün ciddi xəbərdarlıqdır: “Biz son illərdə ölkədə məhkəmə-hüquq islahatlarının elan olunduğunu, Prezidentin bu istiqamətdə mühüm fərman və sərəncamlar imzaladığını gördük. Xüsusilə 2019-cu ildə ”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman, eləcə də alternativ cəza tədbirlərinin genişləndirilməsi ilə bağlı qərarlar ölkənin hüquq siyasətində humanist yanaşmanın güclənməsini nəzərdə tuturdu. Məqsəd həm məhkəmə yükünü azaltmaq, həm də azadlıqdan məhrumetmə tədbirinin həddən artıq tətbiqinin qarşısını almaq idi. Amma reallıqda qətimkan tədbirlərinin seçilməsində hələ də həbsə üstünlük verildiyini görürük. Bu, xüsusilə narkotik ittihamlarında daha qabarıqdır. Təcrübədə istintaq orqanları alternativ təminat tədbirlərindən ev dustaqlığı, girov, zaminlik daha az istifadə edir. Bu yanaşma bəzən həbsin özünü məqsəd kimi formalaşdırır, halbuki qanunvericilikdə “son çarə” prinsipi açıq şəkildə təsbit olunub".

Natiq Ələsgərov deyib ki, əgər islahatların elanında göstərilən məqsədlərə çatmaq istəyiriksə, məhkəmələr həqiqətən də həbsə alternativ tədbirlərin tətbiqinə üstünlük verməlidir: “Xüsusilə narkotik ittihamları üzrə işlərdə bu tendensiya daha qabarıqdır. İstintaq orqanları bəzən həbsin zəruriliyini əsaslandırmadan, alternativ təminat vasitələrini araşdırmadan məhkəmələrdən həbs qərarı çıxarılmasını tələb edir. Məhkəmələr isə istisna olmaqla, bu tələbləri avtomatik təsdiqləyir. Avropa Şurası hesabatında həbsxanalardakı sıxlıq bölümündə Azərbaycanın adının ön sıralarda yer almasının birbaşa səbəbi budur. Ölkədə günahsızlıq prezumpsiyası formal xarakter daşıyır, çünki uzunmüddətli istintaq zamanı həbsin özü cəza funksiyası daşımağa başlayır. İmzalanan fərmanların məqsədi kağız üzərində qalır, icra mexanizmləri real dəyişiklik yaratmır. Üstəlik, Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin ən gərgin dövründə bu cür statistikanın açıqlanması, beynəlxalq aləmdə ölkə haqqında formalaşan mənfi təsviri gücləndirir. Əgər həqiqətən də Avropa Şurası hesabatlarının siyasi məqsədlər üçün istifadə olunduğunu düşünürüksə, buna cavab yalnız ritorika ilə deyil, daxili hüquq sistemində real dəyişikliklərlə verilməlidir. Narkotiklə bağlı həbs siyasətinin yenidən nəzərdən keçirilməsi, alternativ qəti-imkan tədbirlərinin tətbiqinin məhkəmələr üçün real prioritetə çevrilməsi, istintaqın şəffaflığı və müdafiə hüququnun tam təminatı baş vermədən, biz hər il eyni siyahılarda eyni mövqedə qalacağıq. Bu, yalnız həbsxanalardakı sıxlığı azaltmaqla bitmir, həm də insan hüquqlarına hörməti artırır, beynəlxalq hesabatlarda ölkəmizin mövqeyini yaxşılaşdırır. Hazırkı vəziyyət, xüsusilə Avropa Şurası ilə münasibətlərin gərgin fonunda, ölkəmizi həm hüquqi, həm də siyasi müstəvidə çətin vəziyyətə salır. Narkotik ittihamlarının çoxluğu, qəti-imkan tədbirlərində balansın pozulması və islahatların praktik nəticələrinin zəifliyi, bütün bunlar islahatların davamlılığına mane olan əsas problemlərdir. Bu istiqamətdə real dəyişiklik baş verməsə, biz bu tip hesabatlarda yenə də ön sıralarda yer alacağıq. Bu isə nə hüquqi dövlət prinsiplərinə, nə də ölkənin beynəlxalq imicinə uyğundur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:18
Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya HAZIRLAYIR
Bu gün, 11:15
345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM - GİLEY
Bu gün, 11:06
İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ... - BAŞLARI QAÇIB...
Bu gün, 10:59
Suraxanı məhkəməsindən saxtakarlıq - hakimdən Mehriban Əliyevaya şikayət edildi
Bu gün, 10:54
Ruslar cəbhədə yenidən irəliləyib - "Wall Street Journal"
Bu gün, 10:27
Azərbaycanla Vaşinqton Sülh anlaşmasından sonra Rusiya erməni konyakını qəbul etməyə başladı...
Bu gün, 10:26
AHİK-də “yenilik” şousu və reallığın acı üzü - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
"Defence Express” eksperti Azərbaycanın Ukraynaya silah verə bilmək qərarını dəyərləndirdi... - TƏFƏRRÜAT
Bu gün, 10:18
FHN-in tabeliyində olan institut laboratoriya avadanlıqlarının profilaktikası xidmətinə 65 min sərf edcəcək
Bu gün, 10:16
"Qərar çıxarıblar ki, mən pul ödəməliyəm: Bunlar dələduzdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:13
BİRBANK: Bir maraq var... o da bankın marağı... - AXI NİYƏ?
Bu gün, 10:04
Bu institutlar birləşdirilir - İşçi qrupu yaradıldı
Bu gün, 09:57
Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” – Xəbərdarlıq
Bu gün, 09:53
8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi - FAKT BUDUR!
Bu gün, 09:51
Rusiyadan Vaşinqton razılaşması ilə bağlı İRƏVANA İSMARIC
Bu gün, 09:49
Paşinyan Zəngəzurla bağlı göstəriş verdi - “Hraparak”
Bu gün, 09:46
Suriya XİN rəhbəri bu gün Türkiyəyə səfər edəcək
Bu gün, 09:41
Zəhra Ərşadi İran XİN-in ABŞ ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub
Bu gün, 09:40
Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə - BİR İLƏ MİLYON MANAT GÖTÜRÜB
Bu gün, 09:39
Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 09:26
QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
Bu gün, 09:23
Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? - AKTUAL
Bu gün, 09:01
Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:59
Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... - AYNA şefi belə pul qazanır...
Bu gün, 08:57
Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 08:54
Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir - Kremlin iki adamından isterik reaksiya
Bu gün, 08:40
SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... - BU NƏDİ BELƏ?!!
Bu gün, 08:35
Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... - sülh və rifah naminə...
Bu gün, 07:24
Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması – “Real İran” başlayır!
Bu gün, 07:20
Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz
Bu gün, 07:17
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru