Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir - Kremlin iki adamından isterik reaksiya
Tarix: 13-08-2025, 08:40 | Çap et

Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.

Anlaşma Memorandumu Azərbaycan-ABŞ strateji tərəfdaşlığın üç istiqamətini əhatə edir:

- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq xartiyası bir neçə ay ərzində hazırlanacaq. Dövlət başçısı deyib ki, Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Prezident vurğulayıb ki, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq həm böyük imkan, həm də ciddi məsuliyyətdir.

Ermənistan indiyə kimi bölgədə ABŞ ilə Strateji tərəfdaşlıq Xartiyası imzalamış tək ölkə olması ilə öyünürdü, bu gün isə vəziyyət tamamilə dəyişib və Azərbaycan ABŞ-nin strateji tərəfdaşı kimi təsdiqlənib. Əlbəttə, bu da Ermənistana ən tutarlı cavabdır.

Prezident İlham Əliyev Bayden dövründə kənar təsirlər altında Azərbaycanda uzaqlaşan ABŞ-ni Tramp administrasiyasının hakimiyyətdə olduğu qısa müddətdə - cəmi 6 ayda Bakıya yaxın qonşu edir. Bu mənada Strateji Tərəfdaşlıq Xartiyasının bu münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi təsirləri olacaq.

Rusiyalı təbliğatçı Vladimir Solovyov Vaşinqton razılaşmalarını şərh edərkən Cənubi Qafqazı yeni “Xüsusi Hərbi Əməliyyat”la təhdid edib. “Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və Xəzər tezliklə orada NATO bazalarının görünə biləcəyi vəziyyətə düşə bilər. Ona görə də burada bütün mümkün diplomatiya üsullarını daxil etməliyik ki, Rusiyanın maraqlarına hörmətlə yanaşsınlar”.

Bəllidir ki, Bayden administrasiyası gethagetdə İrəvanla da eyni məzmunda xartiya imzalayıb. Yəni Solovyovun narahatlığı təkcə Azərbaycanla bağlı imzalanmış xartiya ilə bağlı deyil. Ümumiyyətlə, ABŞ-nin Cənubi Qafqazda təsirlərinin artması Rusiyanı narazı salır. Çünki Ruisya hər zaman regiona özünün “arxa bağçası” kimi baxıb.

Yeri gəlmişkən, yalnız Solovyov deyil, Kremlin əsas ideoloqlarından olan avrasiyaçı alim Aleksandr Duqin də həyəcanını gizlədə bilməyib. “Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu ”bərpa etmək" vaxtıdır". Rusiyanın milli siyasətinin memarlarından sayılan Duqin belə deyib.

Onun sözlərinə görə, bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur: “Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq, məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan sillədir. Paşinyanı və Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz.

Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da müttəfiqlərimizin bizə xəyanətini seyr etməkdən utanıb istefa verəcəyik. Ədalət olmasa, gələcəyimiz də yoxdur".

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, memorandumda təhlükəsizlik sahəsində əməkdaşlıq qeyd olunub. Onun fikrincə, bu razılaşmanı Azərbaycanın Şimali Atlantika Alyansına üzvlük hazırlığı kimi qiymətləndirmək olmaz. “Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bizim hər hansı hərbi blokda iştirak niyyətimiz yoxdur. Ona görə də Azərbaycan ərazisində hər hansı dövlətin hərbi bazası yaradıla bilməz. Buna ehtiyac da hiss etmirik. Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsi hərbi bazanın olması qədər ali razılaşmadır. Pakistan kimi nüvəsi olan dövlətlə müttəfiqliyimiz var. Ən əsası isə sülh mətnində Azərbaycan və Ermənistan güc tətbiqindən imtina ediblər, sərhəddə üçüncü qüvvənin yerləşməməsinə də razılaşıblar. Yəni bundan sonra müharibə istisna edilirsə, ABŞ, yaxud başqa dövlətin ərazimizdə hərbi bazası lazımsızdır”, - deyə hərbi ekspert vurğulayıb.

Hərbi təhlilçi qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edəcək, onlardan biri də təhlükəsizlik məsələsidir. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda Qərbin təsirlərinin artmasından narahatdır və Solovyovun, eləcə də digər təbliğatçıların çıxışları da həmin həyəcandan irəli gəlir. R.Məmmədli əlavə edib ki, bölgə üçün heç də asan dövr gəlmir və strateji rəqabət daha da dərinləşəcək, bu da təhlükəsizliyin dayanıqlı olmasını kövrək edir.

Professor Elxan Mirzəyev isə “Yeni Müsavat”a imzalanan memorandumu çoxşaxəli xarici siyasətin bir nümunəsi adlandırıb: “Azərbaycan Rusiya ilə də strateji müttəfiqlik bəyannaməsi imzalayıb, sadəcə, Moskva özünü dost kimi aparmır. Bizim Çinlə də strateji tərəfdaşlıq sənədimiz var. Azərbaycan regionun inkişafında maraqlıdır. Ona görə Moskva güzgüyə baxmalı, günahı özündə axtarmalıdır ki, regiondan kənar dövlətlərin bölgədə təsirləri niyə artır. Əslində bu xartiya Ermənistanla imzalananda Rusiya daha sərt reaksiya verməliydi. Çünki Ermənistan KTMT üzvüdür, Rusiyanın orada iki hərbi bazası yerləşir, dəmiryolları onun mülkiyyətindədir, sərhədlərini rus əsgərləri mühafizə edir. Ona görə də Moskva İrəvandan izahat istəyə bilərdi”.

E.Mirzəyev hesab edir ki, Azərbaycan ABŞ ilə 30 ildən artıq əlaqələrə malikdir, beynəlxalq terrorizmlə mübarizədə ortaq olmuşuq, yəni əlaqələr daha çox inkişaf edə bilərdi, sadəcə, Bayden iqtidarı tormozlamışdı.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru