Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... - İLGİNC GƏLİŞMƏ
Tarix: 13-08-2025, 08:59 | Çap et

Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Avropa İttifaqının (Aİ) müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb. Saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir. Eyni qaydada saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi.

Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir. Ermənistan bunu uzada bilərmi?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sazişdə yer alan “sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi” və “öz ərazilərinin digər tərəfə qarşı təcavüz üçün istifadəsinə yol verilməməsi” müddəaları regionumuzun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu bəndlər bölgədə uzun illərdən bəri davam edən qeyri-sabitlik faktorlarının aradan qaldırılmasına, hərbi risklərin minimuma endirilməsinə və davamlı sülhün möhkəmləndirilməsinə xidmət edir. Məlum olduğu kimi, Azərbaycanda hər hansı bir üçüncü dövlətin hərbi mövcudluğu yoxdur. Lakin Ermənistan ərazisində hələ də xarici hərbi kontingent və o cümlədən Aİ-nin müşahidə missiyası fəaliyyət göstərməkdədir. Həmin missiyanın fəaliyyəti bu zamana qədər açıq şəkildə regionda gərginliyi artırmağa xidmət edib. Onların provokatif addımları, silahlı patrul xidməti və mütəmadi olaraq Silahlı Qüvvələrimizin mövqelərini müşahidə etməsi prosesin fərqli məqsədlərə xidmət etdiyini aşkar edir. Lakin saziş layihəsinin 7-ci maddəsi, məhz bu reallığı nəzərə alaraq, Ermənistanın həmin qüvvələri sərhəddən çıxarmaq və missiyaya xitam vermək öhdəliyini qoyur.

Ermənistanın bu müddəanı icra etməsi beynəlxalq hüququn və imzalanmış razılaşmaların tələbidir. Əgər Ermənistan bu öhdəliyi gecikdirməyə, yaxud müxtəlif bəhanələrlə uzatmağa cəhd edərsə, bu, təkcə sülh prosesinə zərbə vurmaq deyil, həm də Azərbaycana qarşı etimadsızlıq mühitini davam etdirmiş olar. Azərbaycan tərəfi hər zaman sülh gündəliyinə sadiqliyini nümayiş etdirib və razılaşdırılmış şərtlərin vaxtında, tam şəkildə icrasını tələb etməkdə haqlıdır. Ermənistan anlamalıdır ki, sazişə əməl etmək diplomatik məsələ olmaqla yanaşı, həm də bölgədə sabitliyin və qarşılıqlı etimadın yeganə təminat yoludur. Hesab edirəm ki, Nikol Paşinyan administrasiyası Vaşinqton görüşünün nəticələrini reallaşdırmaq istiqamətində prinsipiallıq nümayiş etdirəcək və hər hansı bir arzuolunmaz ritorikaya meyillənməyəcək. Cənab Prezident İlham Əliyevin qətiyyətli və praqmatik diplomatiyası sayəsində imzalanan bu sənəd, regionumuzda yeni təhlükəsizlik mühitinin bünövrəsini qoyur. İndi əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsidir".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov vurğuladı ki, Ermənistan daxilində və diaspor dairələrində mövcud olan müəyyən siyasi qüvvələr üçün Aİ missiyasının bölgədə qalması strateji əhəmiyyət daşıyır: “Bu qüvvələr missiyanı Qərbin bölgədəki təsirinin simvolu və Ermənistan üçün əlavə təhlükəsizlik zəmanəti kimi görürlər. Onların hesabına görə, missiyanın çıxarılması Ermənistanı daha açıq şəkildə Azərbaycanla üz-üzə qoyar və bu, daxili siyasi rəqiblərin hökuməti zəiflətmək üçün istifadə edə biləcəyi bir situasiya yaradar. Bu səbəbdən belə dairələr texniki və prosedur maneələr yaratmaqla, məsələn, missiyanın mandatının uzadılması, təhlükəsizlik şəraitinin tam bərpa olunmadığı barədə bəyanatlar verməklə prosesin yavaşdılmasına çalışa bilərlər.

Ermənistanın Aİ müşahidə missiyasını çıxarma öhdəliyinin icrası təkcə hüquqi mətnin tələblərinə bağlı deyil, həm də daxili siyasi qüvvələr arasındakı balans, beynəlxalq dəstək mərkəzlərinin mövqeyi və bölgədəki yeni güc reallıqları ilə sıx bağlıdır. Azərbaycan üçün əsas məsələ bu öhdəliyin yalnız kağız üzərində qalmasının qarşısını almaq, icra müddətinin və mexanizmlərinin sənəddə dəqiq göstərilməsinə nail olmaqdır. Çünki prosesin uzadılması riski realdır və bu riskin aradan qaldırılması üçün diplomatik və hüquqi təzyiq alətlərindən paralel şəkildə istifadə olunmalıdır. Ermənistanda indi əvvəlki kimi vaxt qazanmaq imkanı yoxdur, lakin bu, bütün maraqlı qüvvələrin eyni mövqedə olduğu anlamına gəlmir. Sülhün real və dayanıqlı olması üçün bu məsələnin tez və birmənalı həlli zəruridir".

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 17 maddəlik bəndlərində sülhlə bağlı Azərbaycanı narahat edən bütün məsələlər öz əksini tapıb. Deputat qeyd edib ki, hazırda Ermənistan iki istiqamətdə gecikmədən addımlar atmalıdır: “Avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 17 maddəlik bəndlərindən biri də Azərbaycan-Ermənistan sərhədində üçüncü qüvvələrin yerləşdirilməməsidir. Ermənistan bunu qəbul edib. Mənə elə gəlir ki, hazırda Ermənistan iki istiqamətdə gecikmədən dərhal addımlar atmalıdır. Bunlardan birincisi, paraflanmış sazişdə qeyd olunduğu kimi, tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmaması məsələsidir. İlk növbədə Ermənistan öz konstitusiyasından bu məsələni çıxarmalı və artıq referendum hazırlıqlarına başlamalıdır. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcuddur”.

Hikmət Babaoğlunun sözlərinə görə, nəticə etibarilə bunlar Ermənistanın “ev tapşırıqları”dır və Azərbaycan tərəfi əmindir ki, ən qısa zamanda bu məsələlər reallaşacaq: “İkincisi, ATƏT-ə müraciət edilərək Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə Minsk Qrupunun buraxılmasıdır. Eyni qaydada Ermənistan da Avropa İttifaqına müraciət edərək sərhəddə yerləşmiş Avropa Monitorinq Missiyasının dərhal sərhəddən geri çağırılması üçün addımlar atmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru